CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gitarası ilə ad çıxaran müğənnimizi Ostankinoya çağırdılar

© Photo : Facebook / Gasim KhalilovГасым Халилов
Гасым Халилов - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıda hətta mənim SSRİ şəhərlərinə qastrollarımın təşkilinə mane olurdular"

BAKI, 29 iyun — Sputnik. Azərbaycanlı vokalçı Qasım Xəlilovu Rusiyanın "Qolos.60+" (Səs.60+) vokal layihəsində iştiraka dəvət ediblər.

Xəlilovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda müğənni ürəklə layihədəki çıxışına hazırlaşır: "Uzun illər sonra mən yenidən Ostankinoya - sabiq Sovet İttifaqının əsas televiziyasına qayıdıram. Orada bir çox musiqili proqramlarda və televiziya müsabiqələrində iştirak etmişəm, indi isə məni bu layihədə iştiraka dəvət ediblər. Mənə uğur arzulayın".

"Qolos.60+" Niderlandın "The Voice Senior" formatının Rusiya adaptasiyasıdır. Bu, "Qolos" ("Səs") layihəsinin 60 yaşdan böyük olanlar üçün variantıdır.

Qasım Xəlilov - vokalçı-bəstəkar, pedaqoq, gitaraçı, BAKU-2020 Beynəlxalq İncəsənət Festivalının musiqi departamentinin rəhbəridir. Ötən əsrin 60-70-ci illərinin parlaq ulduzu, öz geniş vokal imkanları və yüksək gitara ifaçılığı ilə çoxlarının qəlbinə yol tapan Qasım Xəlilov 1947-ci ildə anadan olub. Müğənni Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib. Lakin musiqiyə olan həvəsi və ələlxüsus gitara sevdası uşaq yaşlarından Qasım Xəlilovun həyat yolunu müəyyənləşdirib.

Чингиз Мустафаев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Çingiz: "Azərbaycanlılar və avropalılar məni yenidən "Avroviziya"da görmək istəyirlər"

1962-68-ci illərdə Dəmiryolçuların Mədəniyyət Evinin nəzdindəki musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki hazırlıq kursunda musiqi təhsili alan Qasım elə o vaxtdan "Qara qayalar" qrupunda çıxış etməyə başlayıb. Gənc yaşlarından həm də pianoda ifa etməyi bacaran Qasım Xəlilovun atası oğlunun ifaçılıq məharətinə baxmayaraq, onu bu sahədə görmürdü. Elə bu səbəbdən Qasım Xəlilov atasının tələbi ilə fizika fakültəsinin məzunu olur. Lakin sənətə olan maraq Qasımın gələcək karyerasında həlledici rol oynayıb. Atasının tələbini yerinə yetirdikdən sonra gənc müğənni Azərbaycan Dövlət Konservatoriyasında SSRİ xalq artisti Şövkət Məmmədovadan dərs alıb. Daha sonra onun aktiv səhnə həyatı başlayıb. İstedadlı müğənni bir çox konsert salonlarında çıxış edərək keçmiş postsovet məkanının, demək olar ki, bütün ölkələrində bir neçə dəfə qastrol səfərlərində olub.

1969-1970-ci illərdə "Qızıl payız" festivalında iştirak edən Qasım daha da populyarlaşır. Sonralar "Sevgilim" qrupunda, Azərbaycan Dövlət Caz orkestrində, Dövlət Mahnı Teatrında və Xəzər Dəniz Donanmasının orkestrində vokalçı kimi çıxış edən müğənni eyni zamanda bəstəkar kimi də istedadını yoxlayıb. Müğənni "Qara Qayalar"dan başqa, "Sevgilim" və "Leysya, pesnya" ansambllarında, Leninqrad estrada-simfonik orkestrində, Ümumittifaq Radio və Televiziyasının kollektivində, Moskva Estrada Teatrında və digər yaradıcılıq qruplarında çıxış edib.

Азербайджанская исполнительница Самира Эфенди - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni 20 min tamaşaçını oynatdı, kubok qazandı

Bütün bunlarla yanaşı, gitara onun yaradıcılıq həyatının ayrılmaz hissəsi olub. 72 yaşlı sənətkar illər ötməsinə baxmayaraq, bu gün də böyük məharətlə gitarada ifa edir. O, 3 il Rəşid Behbudovun Mahnı Teatrında dahi muğənni ilə çiyin-çiyinə çalışıb və bütün ömrü boyu qastrollarda olub.

"Mənim üçün böyük şərəf idi ki, Mərkəzi Televiziya Azərbaycandan yalnız Müslüm Maqomayevi, Rəşid Behbudovu və məni göstərirdi. 80-ci illərdə "Mayak" radiosu mənim mahnılarımı yayınlayırdı. Məni ən çox incidən o olmuşdu ki, mənim ifamda Mərkəzi Televiziyada səslənən "Gözəlim sənsən" mahnısını Azərbaycan Televiziyası öz efirində kəsmişdi. Bakıda hətta mənim SSRİ şəhərlərinə qastrollarımın təşkilinə mane olurdular. Onların adlarını çəkmək istəmirəm, Allah hər şeyi bilir", - deyən müğənni beş il Moskvada yaşayıb və Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib.

Xəbər lenti
0