Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənni 20 min tamaşaçını oynatdı, kubok qazandı

© Instagram / efendi.officialАзербайджанская исполнительница Самира Эфенди
Азербайджанская исполнительница Самира Эфенди - Sputnik Azərbaycan
Abunə olmaq
Festivalın fəxri qonaqları arasında MOT, Soqdiana, Dan Balan və müxtəlif ölkələrdən olan digər ulduzlar olub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Azərbaycanlı müğənni Samirə Əfəndi Almatıda keçirilən "Star of Asia" üçüncü musiqi festivalında əla çıxışına görə kubok qazanıb.

Bu barədə Sputnik Azərbaycan-a müğənni özü məlumat verib. "Star of Asia" musiqi festivalı hər il keçirilir və beynəlxalq hadisə sayılır. Almatıdakı "Medeu" dağ idman kompleksinə hər il 20 min tamaşaçı bu festivalı izləməyə gəlir.

Təşkilatçılar hər il aprelin 22-dən mayın 10-dək bütün Qazaxıstandan 40 istedadlı ifaçını seçirlər. Qazaxlar onlara fəal surətdə səs verirlər. Onlardan 20 ən çox səs toplamış iştirakçı festivalda iştirak etmək və Qazaxıstan estradasının ulduzları ilə duet oxumaq imkanı qazanır. Bu dəfə layihənin fəxri qonaqları arasında Cənubi Koreyadan, ABŞ-dan, Gürcüstandan, Çindən, Yaponiyadan, Hindistandan, Türkiyədən, Özbəkistandan və digər ölkələrdən məşhur ulduzlar olub.  Azərbaycanı isə Samirə Əfəndi təmsil edib.

"Hər şey yüksək səviyyədə keçdi. Əvvəlcə mən festivalın bütün qonaqları ilə birlikdə qırmızı xalıdan keçdim, bir çox həmkarlarla tanış olduq, münasibət qurduq, jurnalistlərə müsahibə verdik. Bu layihə Qazaxıstanda ən nüfuzlu festivallardan biridir, ona görə də bir çox ifaçılar orada çıxış etməyi arzulayırlar. Məni orada iştirak etmək şərəfinə nail etdikləri üçün təşkilatçılara minnətdaram", - deyə Əfəndi bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀🦋SAMIRA EFENDI🐞 (@efendi.official)

Qazaxıstanlı tamaşaçılar azərbaycanlı müğənnini ilk dəfə deyil dinləyirlər. O, 2017-ci ildə Qazaxıstanda keçirilən "Silk Way Star 2017" beynəlxalq musiqi layihəsində də iştirak edib. Əfəndi bu müsabiqədə Azərbaycan xalq mahnılarını oxuyaraq ölkəmizi ləyaqətlə təmsil edib. Bu dəfə Əfəndi qazax musiqisevərlərə özünün "Tocame" hitini təqdim etmək qərarına gəlib. Kompozisiya 2017-ci ildə buraxılıb və qısa müddətdə Youtube sosial şəbəkəsində 3 milyondan artıq baxış toplayıb.

"Bu mahnı nəinki Azərbaycanda, eləcə də xaricdə çox sevilib. Ona görə də Qazaxıstanda da məhz bu mahnını oxumaq qərarına gəldim. Çünki o, şux və ritmikdir. Mahnı tamaşaçılara o qədər ləzzət elədi ki, hamı öz yerində rəqs edirdi. Mən səhnədə tək deyildim. Mənimlə birlikdə səhnəyə Qazaxıstanın "Ballet baqyt girls" rəqs qrupunun onlarla rəqqasəsi də çıxmışdı. Geyimlərimi dizayner Ayşən Təhmirazova hazırlamışdı", - S.Əfəndi deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀🦋SAMIRA EFENDI🐞 (@efendi.official)

Müğənni möhtəşəm çıxışına görə "Star of Asia" festivalının kubokunu alıb. Layihənin fəxri qonaqları arasında MOT, Soqdiana, Dan Balan və müxtəlif ölkələrdən olan digər ulduzlar olub. Müğənnilərin çıxışları Kazakh TV və dünyanın 118 kanalı vasitəsilə translyasiya edilib.

Qeyd edək ki, Samirə Əfəndi mahnı oxumağa uşaq yaşlarından başlayıb. Ona populyarlığı "Azərbaycanın səsi" musiqi layihəsi qazandırıb. Samirə tanınmış caz musiqiçiləri Ruslan Hüseynov, Etibar Əsədli və Elvin Bəşirovla birlikdə Baku Project yaradıcılıq layihəsində iştirak edib. Əfəndi onlarla birlikdə müxtəlif ölkələrdə konsert verib. O, həmçinin Qazaxıstanda keçirilən "Silk Way Star 2017" beynəlxalq musiqi layihəsinə də qatılıb.

Xəbər lenti
0