Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Milan" azarkeşlərinə şok - məhkəmə qərarını açıqladı

© AP Photo / Luca BrunoРаздевалка "Милана" на стадионе Сан-Сиро в Милане, Италия
Раздевалка Милана на стадионе Сан-Сиро в Милане, Италия - Sputnik Azərbaycan
Abunə olmaq
"Milan"la UEFA arasında davam edən mübahisəyə son qoyularaq qərar verilib

BAKI, 28 iyun — Sputnik. İdman Arbitraj Məhkəməsi (CAS) "Milan"ı Avropa Liqası yarışından kənarlaşdırıb.

Общий вид за пределами стадиона Сан-Сиро перед матчем - Sputnik Azərbaycan
İDMAN
Əfsanəvi stadionun sökülmə xəbəri bomba effekti yaratdı

Sputnik Azərbaycan məhkəmənin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə "fair-play"ini pozması olub. Məlumatda bildirilir ki, ötən ildən etibarən məsələ ilə əlaqədar "Milan"la UEFA arasında hüquqi mübahisə davam edirdi. Bu gün son qərar verilib.

CAS-ın qərarına görə, tərəflər arasında razılaşmaya əsasən, İtaliya klubu 2019/20 mövsümündə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.

Beləliklə, "Milan" Avroliqaya buraxılmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı "Roma" təmsil edəcək, "Torino" isə təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

Xəbər lenti
0