Sabah müharibə başlasa... Udan və uduzan kim olacaq

© AFP 2024 / STRМужчина читает ежедневную газету «Омид Джаван» с фотографией президента США Дональда Трампа с заголовком на персидском языке "Безумный Трамп и логический JCPOA (Совместный комплексный план действий)"
Мужчина читает ежедневную газету «Омид Джаван» с фотографией президента США Дональда Трампа с заголовком на персидском языке Безумный Трамп и логический JCPOA (Совместный комплексный план действий) - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və onun müttəfiqlərinin İranla mümkün müharibəsi dünya neft daşımalarının azalmasına səbəb ola bilər. Nəticədə qara qızılın qiyməti bir neçə dəfə artacaq – bu isə neft ixrac edən ölkələrə böyük gəlir gətirəcək.

BAKI, 27 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp bu həftə İrana qarşı yeni sanksiyalar tətbiq edərək, İslam Respublikası liderlərini beynəlxalq bank xidmətlərinə çıxışdan məhrum edib. Trampın fərmanı İranın yüksək vəzifəli şəxslərinə, o cümlədən ali dini lider Ayatollah Əli Xameneiyə və İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmilərinə qarşı yönəlib. Bununla Vaşinqton çalışır ki, Tehranı məcburən nüvə proqramı ilə bağlı danışıqlara gətirsin.

Sputnik Azərbaycan xəbər verir ki, iki ölkə arasında baş verə biləcək münaqişənin iqtisadiyyata, xüsusən də neft qiymətlərinə təsirinə və bu halda kimin udan tərəf olacağına dair RİA Novosti-nin müəllifi Maksim Rubçenko yazıb:

S-400, arxiv şəkli - Sputnik Azərbaycan
NATO "S-400"dən qorxmalıdır – səbəbi...

Tankerlər və dronlar

ABŞ və İran arasında münasibətlər iyunun ortalarında Hörmüz körfəzində iki tankerdə baş vermiş partlayışlardan sonra kəskin şəkildə pisləşib. Pentaqon İranı tankerlərə hücumda günahlandırıb və hətta "iranlı diversantların" tankerlərdən birinin korpusuna mina yerləşdirdiyi iddia olunan video görüntüləri paylaşıb.

Lakin dünya mediası bu "sübuta" bir qədər skeptik yanaşır, çünki zədə almış gəmilərin ekipaj üzvləri deyib ki, tankerlər raket hücumuna məruz qalıb. Bundan başqa, İran tərəfi bildirib ki, tankerlərə hücum zamanı gəmilərin üzərində Amerikaya məxsus "MQ-9 Reaper" dronun uçduğunu aşkar ediblər.

Hadisədən sonra ABŞ Yaxın Şərqdəki hərbi kontingentini böyüdərək İran sərhədi boyunca pilotsuz kəşfiyyat təyyarələrinin uçuşlarını başladıb. Lakin iyunun 20-si bu dronlardan biri İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və İslam Respublikasının ərazi sularında sahildən 14 kilometr məsafədə dənizə düşüb.

KLM aviaşirkətinin təyyarəsi uçuş zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Dron insidenti böyüyür: İri şirkətlər İran yaxınlığından uçuşları ləğv edir

Amerikalılar İranın hava məkanını pozmadıqlarını iddia edib və Tehranı "beynəlxalq hava məkanında" drona hücum etməkdə günahlandırıblar. Vaşinqton, həmçinin İranın radarlarına və hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə "qisas zərbəsi" endirəcəyini deyib. Hücum keçən çərşənbə günü baş tutmalı idi, lakin əməliyyatın başlamasından 10 dəqiqə əvvəl Tramp onu ləğv edib.

Hərbi zərbə əvəzinə Ağ Evin sahibi İran liderlərinə qarşı maliyyə sanksiyalarını tətbiq etmək qərarına gəlib.

Neft qiymətləri

İran ətrafında yaranmış gərginlik qanuna uyğun olaraq neft qiymətlərinin artmasına səbəb olub.

Keçən çərşənbə axşamı iranlılar tərəfindən ABŞ-a məxsus dronun vurulması xəbərindən sonra "Brent" markalı neftin bir barelinin qiyməti 62,4 dollardan 64,6 dollara qalxıb. Çərşənbə günü isə qiymət əlavə olaraq təxminən bir dollar da artıb.

Analitiklər hesab edir ki, İran və Qərb arasında münaqişənin eskalasiyası nəticəsində neftin barelinin qiyməti qalxaraq 100 dollar və daha artıq ola bilər. Əgər Fars körfəzində yeni müharibə başlasa neftin barelinin qiymətinin 200, 300 və 400 dollar səviyyəsinə qalxmasının şahidi ola bilərik.

Kiberhücum - Sputnik Azərbaycan
İran indi də ABŞ-ın gizli döyüşçüləri ilə vuruşur

Məsələ ondadır ki, Hörmüz körfəzində baş verə biləcək hərbi əməliyyatlar nəticəsində burada neft daşımaları mümkün olmayacaq və regiondan nefti yalnız Səudiyyə Ərəbistanın şərqini Qırmızı Dənizlə birləşdirən "Şərq-Qərb Boru Kəməri" ("East-West Pipeline") vasitəsilə daşımaq mümkün olacaq. Bu marşrutun isə təhlükəsizliyi çox zəifdir. Bunu hətta İranın dəstəklədiyi yəmənli husilər də açıq şəkildə nümayiş ediblər: mayın əvvəlində onların dronlardan istifadə edərək nasos stansiyalarına hücum etməsi nəticəsində boruya neft vurulmasında fasilə yaranıb.

ABŞ və onun müttəfiqlərinin İranla mümkün müharibəsi dünya neft daşımalarının demək olar ki, üçdəbiri səviyyəsində azalmasına səbəb ola bilər. Nəticədə qara qızılın qiyməti bir neçə dəfə artacaq – bu isə neft ixrac edən ölkələrə böyük gəlir gətirəcək. Rusiya isə belə olan halda hətta əlavə "bonus" əldə edəcək, çünki ölkə yüksək kükürdlü ağır neftin yeganə böyük ixracatçısı olacaq. Yeri gəlmişkən, İran və Venesueladan neft daşımalarına məhdudiyyətlər qoyulmasından sonra dünya bazarında bu cür neftin qıtlığı yaranıb.

Xəbər lenti
0