NATO "S-400"dən qorxmalıdır – səbəbi...

© AFP 2024 / RUSSIAN DEFENCE MINISTRYS-400, arxiv şəkli
S-400, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllif qeyd edir ki, Vaşinqton boş yerə Ankaranı sanksiyalarla və "F-35" proqramından qovacağı ilə hədələmir.

BAKI, 21 iyun — Sputnik. Yaxşı olardı ki, ABŞ və onun NATO-dakı müttəfiqləri "S-400"dən ehtiyat etsinlər, çünki bu zenit-raket kompleksləri iqtisadi müharibə də mübarizə vasitəsi kimi istifadə edilə bilər. Sputnik Azərbaycan xəbər verir ki, "National Interest" nəşrinin müəllifi Adam Kabot (Adam Cabot) bu qənaətə gəlib.

NATO-nun Brüsseldə mənzil-qərargahına əsas giriş - Sputnik Azərbaycan
Azərbaycan XİN-dən NATO açıqlaması

Müəllif "S-400" komplekslərinin bir sıra strateji üstünlüklərə malik olduğunu qeyd edir.

Onun sözlərinə görə, "S-400"ün üstünlüklərindən birincisi onun satışından əldə edilən gəlirlə bağlıdır: bu komplekslərin hazırkı və potensial alıcıları sırasında Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər var. Bu silahların satışı iqtisadiyyatın diversifikasiyasına və silahların modernləşdirilməsinə kömək edir.

Kabotun fikrincə, "S-400"ün ikinci üstün tərəfi odur ki, Rusiya onun sayəsində dünyada qabaqcıl silah sistemlərinin istehsalçısı kimi tanınır.

Bundan başqa, "S-400" onu alan ölkələrlə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək edir, belə ki, bu sistemləri satmaqdan savayı həmin ölkələrin hərbçilərinə bu silahları necə istifadə etməyi öyrətmək və texniki qulluq keçirmək lazım olur.

Müəllif bu zenit-raket komplekslərinin daha bir üstünlüyü kimi onların "hibrid müharibədə" istifadə olunma imkanını göstərir. Belə ki, "S-400"ün Türkiyəyə satışı artıq NATO daxilində fikir ayrılığına səbəb olub: əgər Ankara ilə razılaşma tamamlansa, Moskva güclü radiolokasiya sistemi olan bu sistemləri alyansın ərazisində yerləşdirəcək.

Bu baxımdan, müəllif qeyd edir ki, Vaşinqton boş yerə Ankaranı sanksiyalarla və "F-35" proqramından qovacağı ilə hədələmir.

Xəbər lenti
0