ABŞ və Avropa arasında SSRİ silahları uğrunda çəkişmə davam edir

© AP Photo / Czarek Sokolowski,Американский военный стоит рядом с зенитно-ракетным комплексом Patriot на военной базе в Мораге, Польша
Американский военный стоит рядом с зенитно-ракетным комплексом Patriot на военной базе в Мораге, Польша - Sputnik Azərbaycan
Abunə olmaq
Soyuq müharibə dövründə Moskva və Vaşinqton öz tərəfdaş və müttəfiqlərinə aktiv şəkildə maliyyə vəsaitləri ayırırdılar ki, onlar SSRİ və ABŞ istehsalı olan silahları ala bilsinlər. Birləşmiş Ştatlar və Rusiya bu taktikanı indi də davam etdirirlər.

BAKI, 23 iyun — Sputnik. ABŞ konqresində NATO ölkələrinin ordularına dair yeni qanun layihəsi hazırlanıb. Sənəddə NATO üzrə bir sıra müttəfiqlərin silahlı qüvvələrinin modernləşdirilməsi və onların Sovet istehsalı olan silahlardan imtina etməsi üçün maliyyə yardımı mexanizmlərinin yaradılması nəzərdə tutulub.

S-400, arxiv şəkli - Sputnik Azərbaycan
NATO "S-400"dən qorxmalıdır – səbəbi...

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti mövzu ilə bağlı şərhində yazıb.

Qanun layihəsinin ilk növbədə əvvəllər Varşava Müqaviləsi Təşkilatında üzv olmuş, hazırda NATO üzvü olan və ya alyansa daxil olmağa can atan Şərqi Avropa ölkələrinə hədəfləndiyi aydındır. Bu ölkələrin orduları hələ də Sovet istehsalı olan silahlardan istifadə edirlər. Bu isə o deməkdir ki, onlar Rusiya və digər postsovet istehsalı olan ehtiyat hissələrindən asılıdırlar.

Məsələ bundadır ki, Qərb istehsalı silahlarına tam keçid geniş miqyaslı və baha başa gələn bir işdir. Kasıb və iqtisadiyyatlarında tez-tez böhranlar baş verən Şərqi Avropa ölkələri üçün isə bu daha da çətin bir vəzifədir.

Soyuq müharibə dövründə Moskva və Vaşinqton öz tərəfdaş və müttəfiqlərinə aktiv şəkildə maliyyə vəsaitləri ayırırdılar ki, onlar SSRİ və ABŞ istehsalı olan silahları ala bilsinlər. Birləşmiş Ştatlar və Rusiya bu taktikanı indi də davam etdirirlər.     

Lakin Moskva üçün hazırda Şərqi Avropanın silah bazarı elə də aktual deyil, çünki regionun, demək olar ki,  bütün ölkələri onları şərq qonşuları ilə bağlayan hərbi-texniki bağlardan qurtulmaq istəyirlər. 

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: “Biz S-400 işini bitirmişik”

Bəs Sovet texnikasını kimin silahları əvəz edəcək? 

Aydındır ki, Vaşinqton Sovet silahının məhz Amerika istehsalı olan texnika və silahlarla əvəz olunmasını istəyir.

Lakin Avropa da öz növbəsində NATO və ABŞ-dan asılı olmayan bir müdafiə sistemi yaratmaq niyyətindədir. Yeri gəlmişkən, son zamanlar tez-tez Avropa ordusunun yaradılması üçün yüksək səviyyədə çağırışlar edilir.     

Aydındır ki, məsələ silah bazarında Sovet İttifaqının payının bölüşdürülməsinə gəlib çatanda Avropa və ABŞ arasında maraqlarının toqquşması baş verəcək.   

Rusiyaya gəldikdə isə, Moskvanın bu hadisələri kənardan izləyəcəyi bəllidir.

Xəbər lenti
0