BAKI, 13 iyun — Sputnik. “Türkiyə S-400 zenit raket komplekslərini artıq alıb”.
Sputnik Azərbaycan Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məsələni şərh edərkən deyib.
"Türkiyə S-400 müdafiə sistemlərini alacaq demirəm. Artıq alıb. Bu işi bitirmişik" - deyə Ərdoğan vurğulayıb.
Prezidentin sözlərinə görə, ölkəsi S-400 sistemlərinin uyğun qiyməti ilə yanaşı, gələcəkdə onların birgə istehsal edilə biləcəyinə dair vədi nəzərə alaraq razılaşmaya imza atıb.
"İnşallah, "S-400"lər gələn ay təhvil veriləcək" - deyə Ərdoğan bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyə F-35 təyyarələrinin yalnız müştərisi deyil, eyni zamanda onları istehsal edən tərəflərdən biridir.
"Bu günə qədər biz F-35 layihəsinə 1 milyard 250 milyon dollar ödəmişik" - Ərdoğan deyib.