BAKI, 22 iyun — Sputnik. Üçüncü Avropa Oyunlarının keçiriləcəyi yer məlum olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Avropa Olimpiya Komitəsində bu gün keçirilən səsvermə zamanı Polşanın Krakov şəhəri 2023-cü ildə oyunlara ev sahibliyi etmək hüququ qazanıb. EOC-un Twitter hesabında qeyd olunduğu kimi, səsvermədə iştirak edən 50 Avropa ölkəsinin Milli Olimpiya Komitələri yekdilliklə tək namizəd olan Krakovun xeyrinə əl qaldırıb.
İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilmişdi. Dünən Minskdə start götürən II Avropa Oyunları 30 iyuna qədər davam edəcək.