Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vaşinqton qərar verdi, Türkiyə iqtisadiyyatını çökdürməyə hazırlaşır

© AP Photo / Pavel Golovkin"S-400" zenit-raket kompleksi
S-400 zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir

BAKI, 19 iyun — Sputnik. ABŞ Prezidenti Donald Trampın Administrasiyası Türkiyənin "S-400" zenit-raket komplekslərini alması ilə bağlı rəsmi Ankaraya qarşı artıq iyulda üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşri hadisədən məlumatlı mənbələrə istinadən xəbər verir.

Donald Tramp - Sputnik Azərbaycan
Tramp dediyini etdi, Türkiyə bu qərarı heç gözləmirdi

Agentliyin məlumatına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi onsuz da çətin dövrlər yaşayan Türkiyə iqtisadiyyatını tamamilə silkələyəcək.

Bundan əlavə, ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almağını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Mənbənin sözlərinə görə, yeni sanksiyalar Türkiyəyə qarşı iyulda, "S-400"lərin bu ölkəyə tədarükünün həyata keçirildiyi ayda tətbiq oluna bilər.

Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar.

Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: “Biz S-400 işini bitirmişik”

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", - Endryus vurğulayıb.

Qeyd edək ki, iyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.

Xəbər lenti
0