Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın ŞƏT-ə inteqrasiyası: Bakı geosiyasi seçim etməyə niyə tələsmir

© AP Photo / Dake KangПолицейский стоит возле знака саммита Шанхайской организации сотрудничества (ШОС) в Циндао, провинция Шаньдун на востоке Китая
Полицейский стоит возле знака саммита Шанхайской организации сотрудничества (ШОС) в Циндао, провинция Шаньдун на востоке Китая - Sputnik Azərbaycan
Abunə olmaq
Gələcəkdə ŞƏT-in Cənubi Qafqaz haqda konkret planları ortaya çıxa bilər

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bəyan edib ki, Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi Azərbaycanla Rusiyanı birləşdirən vacib nəqliyyat arteriyasıdır və artıq onun yarısı başa çatıb. Səfir həmçinin Rusiyanın üzv, Azərbaycanın isə dialoq üzrə tərəfdaşı olduğu Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) da xatırladıb. ŞƏT ən müxtəlif istiqamətlərdə öz fəaliyyətini aktivləşdirir. Diplomatın sözlərinə görə, bunlar siyasi dialoq, iqtisadi məsələlər və təhlükəsizliklə bağlıdır.

"Bizim fikrimizcə, həm dialoq üzrə müşahidəçi ölkələrin, həm də tərəfdaş ölkələrin bu təşkilatda öz iştirak dinamikasını artırmaq imkanı var. Yəni hətta bu statusla belə" - Boçarnikov əlavə edib.

Посол РФ в Азербайджане Михаил Бочарников - Sputnik Azərbaycan
RUSİYA
Səfir Rusiya-Azərbaycan münasibətlərinin detallarını açıqladı

Səfirin sözlərinə görə, ŞƏT-in bir sıra sənədləri var ki, onlar bu ölkələr üçün açıqdır. Əgər söhbət Rusiya və Azərbaycanın iştirakçılığını aktivləşdirməkdən gedirsə, ŞƏT-i bir universitet, təşkilatın energetika klubu da adlandırmaq olar.

Diplomat qeyd edib, hətta hazırda təşkilatın tamhüquqlu üzvləri olmayan, dialoq üzrə tərəfdaş ölkələr belə ŞƏT-in bir çox proqramlarında iştirak edə bilərlər.

"Burada əlbəttə ağla Avrasiya İqtisadi Birliyi gəlir. Qeyd etməliyəm ki, başda AİB olmaqla istənilən inteqrasiya birliklərində iştirak edib-etməmək hər bir dövlətin suveren hüququdur. Bu iştirakçılığı qəbul edib-etməmək hər bir dövlətin, eləcə də Azərbaycanın hüququdur" - deyə Boçarnikov bildirib.

"Mənə bəzən səfir kimi bu təşkilata hipotetik olaraq daxil olmağın Azərbaycana nə fayda verəcəyi barədə suallar ünvanlayırlar. Amma başqa ölkələrin əldə edəcəyi faydaları qiymətləndirmək səfirin işi deyil, hər bir suveren dövlət özü qiymətləndirməlidir ki, bu, onun üçün sərfəlidir, ya yox" - səfir əlavə edib.

Diplomat AİB-ə üzv olan digər dövlətlər haqqında isə deyib ki, təşkilata tam üzvlük onlara Birliyin vahid bazarına, kapital və əmək resurslarına çıxış, vahid bazar xidmətləri çərçivəsində formalaşmaq imkanı verir.

Посетитель на выставке, приуроченной к 25-летию установления дипсвязей России и Азербайджана в Москве - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan – Rusiya iqtisadi əlaqələri: Son söz biznesindir

Boçarnikov qeyd edib ki, AİB-ə müşahidəçilik institutu kimi də baxılır. Odur ki, bu təşkilat heç kəs üçün qapalı deyil. Həddindən artıq çox ölkə bu birliklə maraqlanır. Bu təşkilatla qarşılıqlı əlaqələrin digər formaları da var.

"Vyetnamla azad ticarət zonası barədə müxtəlif sənədlər imzalanıb. Həmçinin bir sıra digər ölkələrlə də danışıqlar aparılır" - deyə Boçarnikov əlavə edib.

Diplomatın sözlərinə görə, hər hansı ölkə üzv olduğu təqdirdə, onun vətəndaşlarının AİB ərazisində, məsələn, əmək fəaliyyətləri ilə məşğul olmaq üçün icazə sənədlərini almasına ehtiyac yoxdur. O qeyd edib ki, 2017-ci ildə Rusiyada işləmək üçün 54 mindən çox Azərbaycan vətəndaşlarına patent verilib.

"Hər hansı bir inteqrasiya birliyinə qoşulub-qoşulmamaq barədə qərarlar suveren dövlət tərəfindən qəbul edilir" - deyə Boçarnikov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb, şübhəsiz, onun ŞƏT-dəki statusunun nəzərdə tutulan yüksəlişi əməkdaşlığı dərinləşdirmək niyyətini sərgiləyir. Politoloqlar bildirirlər ki, ŞƏT panasiya yönlü təşkilatdır. Onun əsas iştirakçıları Asiyanın mərkəzi-şərqi hissəsinə meyllənən dövlətlərdir. Azərbaycan ŞƏT-in əsas coğrafi mərkəzindən uzaq düşüb. Bakı üçün ŞƏT-lə əməkdaşlığı fəallaşdırmağın əməli faydası hələlik az görünür. ŞƏT iştirakçıları qeydə alıblar ki, İnkişaf fondu və İnkişaf bankının yaradılmasını davam etdirəcəklər, Çinin ən irihəcmli infrastruktur təşəbbüsünü – "İpək yolu"nun iqtisadi qurşağının qurulmasını dəstəkləyiblər.

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Çin ABŞ-ı müharibə ilə hədələdi: Bütün dünya üçün fəlakət olar

ŞƏT liderləri eyni zamanda işarə vururlar ki, barışmaz rəqiblərin işləyə biləcəyi meydançaya da çevrilmək niyyətindədirlər. Məsələn, Hindistan və Pakistan tamhüquqlu üzv statusu əldə edib. Azərbaycan Bakının Dağlıq Qarabağ münaqişəsi üzündən Ermənistanla eyni qurumda durmaq niyyətində olmadığını bildirərək Avrasiya İqtisadi Birliyinə girməkdən imtina edib.

Sual yarana bilər ki, Bakı niyə ŞƏT-də öz statusunu yüksəltməyə, perspektivdə bu üstmilli qurumun tamhüquqlu üzvü olmağa çalışır? Bəzi erkspertlərin fikrincə, Çin ŞƏT-də Azərbaycanın maraqlarına fəal lobbiçilik edir. Bu, praqmatik yanaşmanın sərgilənməsi, təkcə dünyanın ən nüfuzlu təşkilatlarından birinin daxilindəki proseslərə çıxış deyil, həm də müxtəlif inteqrasiya layihələrilə sonradan Asiyanın tutumlu bazarlarına çıxmaqla Şanxay "ailəsi"lə əməkdaşlığın yeni cizgilərinin sıralanmasıdır. Ola bilsin, gələcəkdə ŞƏT-in Cənubi Qafqaz haqda konkret planları da işarələnəcək.

Hələlik isə qeyd edək ki, Azərbaycan ŞƏT-də status qovğasında Ermənistanı ötməyə başlayıb. ŞƏT-də müşahidəçi statusu Bakıya fəaliyyətdə olan qarşılıqlı təsir mexanizmləri vasitəsilə təşkilatın çoxplanlı və çöxyönlü fəaliyyətinə fəal şəkildə qoşulmaq, işə salınmış energetika, nəqliyyat və başqa layihələrin əlaqələndirdiyi avropalı tərəfdaşları itirmədən Avrasiya iqtisadi sxemlərinə uyğun formatda inteqrasiya olunmaq imkanı verəcək.

Başqa bir məsələ aydın deyil. ŞƏT Qarabağ danışıqlarında Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmağa nail olacaqmı? Axı Bakı və İrəvan ATƏT-in üzvüdür, ŞƏT-də bəyan edilmiş prinsiplər, demək olar, ATƏT-in əsas prinsiplərindən faydalanıb. Buna görə də istisna etmək olmaz ki, ŞƏT meydançası hansısa ana qədər Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan və Ermənistan arasında siyasi cıdır məkanı olacaq, lakin Bakının yeni strateji seçimi bu yöndə yeni qərarlara da səbəb ola bilər. Bu baxımdan, Bakı geosiyasi seçim etməyə tələsmir...

Xəbər lenti
0