Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan – Rusiya iqtisadi əlaqələri: Son söz biznesindir

© Sputnik / Grigoriy Sysoyev / Mediabanka keçidПосетитель на выставке, приуроченной к 25-летию установления дипсвязей России и Азербайджана в Москве
Посетитель на выставке, приуроченной к 25-летию установления дипсвязей России и Азербайджана в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Rusiya əlaqələri yüksəlir: Söhbət milyardlardan gedir

BAKI, 8 iyun - Sputnik. Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) üçüncü günü Rusiya və Azərbaycan arasında əlaqələrin inkişafına həsr olunmuş biznes səhər yeməyi ilə başladı. Tərəflər kənd təsərrüfatı, turizm, energetika sahələrində əlaqələrin möhkəmləndirilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi kursu götürüblər.

Sankt-Peterburqdakı görüşdə iki ölkənin iqtisadiyyat idarələrinin başçıları və ikitərəfli hökumətlərarası komissiyanın rəhbərləri – Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev artıq görülmüş bəzi işlərin yekunu barədə danışaraq, yaxın gələcək üçün tapşırıqları müəyyənləşdiriblər. Dialoq hətta biznes-forum zamanı da dayanmayıb: Komissiya rəhbərləri intensiv danışıqlardan sonra səhər yeməyinə qoşulublar.

Biz bütün imkanlardan istifadə etməmişik

2018-ci ildə Rusiya və Azərbaycan arasında mal dövriyyəsi təxminən 14 faiz artaraq 2,4 milyard dollara çatıb. Rusiya artıq respublika iqtisadiyyatına 4 milyard dollar investisiya qoyub. Rusiyanın Azərbaycana ixracı 2018-ci il ərzində 12,5 faiz artaraq 1,7 milyard dollara çatıb.

Bununla bağlı “İşgüzar Rusiya”nın sədri Aleksey Repik deyib: “Rəqəmlər ürək açır. Amma onlar bizim bütün imkanlarımızı əks etdirmir”. Ticari əlaqələrin ciddi potensialı var, investisiya əməkdaşlığı sahəsində irəli hərəkət etmək olar. Hər iki ölkə birgə müəssisələri reallaşdırmaq üçün kifayət qədər investisiya resursuna malikdir.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycanda ən yaxın vaxtlarda işə salınacaq “R-Farm” dərman istehsalı zavodunu “qəbul edirdilər”. “QAZ” da respublikada “QAZel” avtomobillərinin yığılması üçün zavod qurur.

Rusiyada Azərbaycan biznesinin fəaliyyətinə gəldikdə isə azərbaycanlı biznesmenlər xidmət sahəsində kifayət qədər aktivdirlər.

Rusiya tərəfinin nümayəndəsi Maksim Oreşkinin sözlərinə görə, hazırda Moskva və Bakı təkcə mövcud olan layihələri müzakirə etməklə kifayətlənməyərək, əməkdaşlıq üçün yeni istiqamətlər hazırlayırlar. Oreşkin ümumilikdə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirir: xidmət sahəsində mal dövriyyəsi artır, qarşılıqlı pul köçürmələri ciddi yüksəliş göstərir. “Əslində təkcə Rusiyadan Azərbaycana deyil, əks istiqamətdə də pul köçürmələri artır. Bu onu göstərir ki, ölkələr arasında biznes və insani səviyyədə əlaqələr çox yaxşıdır” – deyə Maksim Oreşkin qeyd edib. Onun sözlərinə görə, əvvəllər hökumətlərarası komissiyanın əsas vəzifəsi ticari məhdudiyyət və maneələri aradan qaldırmaq idisə, hazırda Moskva və Bakı diqqətini iri lojistik layihələr, əlavə edilmiş dəyər zəncirinin qurulması, texnologiyaların birgə inkişafına cəmləyib.

Трубопровод. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qərar verildi: Azərbaycan Rusiya üzərindən neft nəqlini bərpa edir

Əldən buraxılmış bazar

Oreşkin qeyd edib ki, hazırda tərəflər Azərbaycanın ərzaq məhsullarının Rusiya bazarına çatdırılmasının gələcək inkişafını müzakirə edirlər. İnkişafın sürəti qane edir. Amma Rusiya bazarında əsas pay Türkiyə və Çin kimi ölkələrin payına düşür. “Bütün bunlar Azərbaycan biznesinin əldən buraxdığı imkanlardır” – deyə İqtisadi İnkişaf naziri qeyd edib. Onun sözlərinə görə, bu bazar həm də əlavə iş yerlərinin açılması baxımından Azərbaycan üçün vacibdir.

Oreşkin vurğulayıb ki, bununla bağlı hakimiyyət orqanlarının əsas vəzifəsi biznesə dəqiq siqnal vermək, bazarın mümkün həcmini göstərmək, bununla məşğul olacaq kontragentləri müəyyənləşdirməkdir. Bu zaman nazir onu da qeyd edib ki, Azərbaycandan olan kənd təsərrüfatı mallarının istehsalçılarının dialoqda birbaşa iştirakı vacibdir.

Oreşkin əməkdaşlığın inkişafında Rusiya-Azərbaycan İşgüzar Şurasının aparıcı rolunu vurğulayıb və son il vüsət götürən danışığın yüksək sürətini azaltmamağa çağırıb.

Bakı siqnal gözləyir

Şahin Mustafayev qeyd edib ki, rusiyalı həmkarı ilə səhər keçirilən görüş planlaşdırıldığından iki dəfə çox çəkib və bu da hər iki ölkənin qarşılıqlı marağından xəbər verir. “Rusiya və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Bizim statistikamıza görə, ölkələrimiz arasında mal dövriyyəsi 2018-ci il ərzində 19 faiz, 2019-cu ilin birinci rübü ərzində isə 23 faiz artıb” – deyə nazir bildirib.  

Azərbaycan uzunmüddətli ticari əlaqələrə ümid edir və Rusiya tərəfindən bazarın kənd təsərrüfatı məhsullarına ehtiyacının həcmi barədə informasiya gözləyir. “Azərbaycan tərəfi keyfiyyətli məhsulu Rusiya bazarına çatdırmaq üçün istehsalı, qablaşdırmanı və logistikanı təmin etməyə hazırdır” – deyə Mustafayev əmin edib.

Tərəflər idxalçılar və idxalçıların həyatını xeyli rahatlaşdıran sərhədyanı infrastrukturu yeniləyir, nəqliyyat layihələrini həyata keçirir, elektron gömrük üzərində çalışırlar. O, qeyd edib ki, ölkələr arasında mövcud olan azad ticarət barəsində razılaşma malların rahat daşınmasına xeyli imkan yaradıb. Azərbaycan İqtisadiyyat naziri “Şimal-Cənub” dəhlizi çərçivəsində əlaqələri xüsusi olaraq vurğulayıb. 

Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb - Sputnik Azərbaycan
Azərbaycan-Rusiya sərhədində nəzarət artırılıb
“Bu dəhliz artıq işləyir. Rusiya malları Azərbaycan üzərindən İrana və əks istiqamətdə çatdırılır. Ötən il ərzində bu marşrut üzrə mal dövriyyəsi 8 dəfə artıb” – deyə Mustafayev qeyd edib.

Neft maşınqayırması sahəsində birgə layihələrin ciddi potensialı var. Bakıda hesab edirlər ki, bu sahə həm Azərbaycan biznesi, həm də Rusiya neft şirkətləri üçün çox vacib ola bilər.

Mustafayevin sözlərinə görə, ümumilikdə ikitərəfli görüşlərin intensivliyi və qərarların qəbulunun operativliyi əlaqələrin yüksək səviyyəsindən xəbər verir. “Bu il işgüzar dairəlin mütləq iştirakı ilə bir neçə görüş planlaşdırılıb. Biz öz tərəfimizdən əlaqələr üçün yüksək şərait yarada bilərik. Amma son söz biznesindir”.

Xəbər lenti
0