"S-400" ətrafında daralan dairə: Siyasi oyunlar hələ çox baş ağrıda bilər

© AFP 2024 / KIRILL KUDRYAVTSEVРоссийский солдат у российской системы противовоздушной обороны S-400 "Триумф " на военной выставке
Российский солдат у российской системы противовоздушной обороны S-400 Триумф  на военной выставке - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın Şərqdə Türkiyə kimi müsəlman ölkəsinin güclənməsi ABŞ-ı və regionda Türkiyəni sevməyən ölkələri narahat edə bilər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Son günlər Rusiyadan alınan "S-400" zenit raket kompleksləri ilə bağlı ABŞ və Türkiyə arasında olan münasibətlərdə gərginlik öz pik nöqtəsinə çatıb. Məsələ o yerdədir ki, artıq beşinci nəsil "F-35" idarə olunması üzrə Birləşmiş Ştatlarda təlimlərdə iştirak edən Türkiyədən olan pilotların təlimlərinin dayandırılması belə, gündəmə gəlib. "CNBC" telekanalı isə artıq Türkiyə ilə münasibətlərin dalana dirəndiyini və "S-400" zenit-raket komplekslərinə dair müqavilədən imtina etməsi üçün Türkiyəyə iki həftə vaxt verildiyini iddia edib.

S-400 kompleksi - Sputnik Azərbaycan
Rəsmi Ankara S-400-lərlə bağlı deyilənləri təkzib etdi

"S-400" zenit-raket komplekslərinin artıq iyul ayında Türkiyəyə verilməsi gözlənilir. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "S-400" zenit raket komplekslərinin Türkiyəyə tədarükü Türkiyə tərəfinin xahişi ilə əvvəlcədən planlaşdırılan vaxtdan daha tez həyata keçirilir. Bu arada Birləşmiş Ştatlar prezidenti Donald Trampın da məhz həmin ayda Türkiyəyə səfər edəcək. Bu tarixlərin üst-üstə düşməsi təsadüfdür?

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Cənubi Qafqaz Politoloqlar Klubun rəhbəri İlqar Vəlizadə və Türkiyədə yaşayan politoloq Ramiya Məmmədova ilə həmsöhbət olub.

Cənubi Qafqaz Politoloqlar Klubun rəhbəri İlqar Vəlizadə hesab edir ki, siyasətdə ümumiyyətlə təsadüf anlayışı yoxdur: “Əslində bu hadisələr bir-biri ilə bağlıdır. Türkiyənin həm daxili, həm də xarici siyasətində son zamanlar baş verənləri birmənalı olaraq qiymətləndirmək olmaz. Burada da müəyyən təzadlar var. Nəticədə isə Türkiyə rəhbərliyi çevik, effektiv addımlar atmaq məcburiyyətində qalır. Çünki bu cür yanaşma Türkiyə daxilində mövcud hökumətin reytinqinə təsir edə bilər, həm də Türkiyənin xarici siyasət arenasında olan mövqeyini daha da qətiləşdirə bilər".

© Sputnik / Murad Orujovİlqar Vəlizadə
S-400 ətrafında daralan dairə: Siyasi oyunlar hələ çox baş ağrıda bilər - Sputnik Azərbaycan
İlqar Vəlizadə

Politoloq hesab edir ki, hazırda Türkiyəni regionda maraqlandıran əsas məsələ məhz İdlib ətrafında baş verənlərdir: "İdlib taleyi məsələsi hələ də açıq qalmaqdadır. Hazırda İdlibin taleyi məsələsini Türkiyə və Rusiya müzakirə edir və Suriyanın bu regionun taleyi Türkiyə - Rusiya işbirliyindən asılıdır. Biz müəyyən dərəcədə buna siyasi alver də deyə bilərik. Məsələ ilə bağlı həm Türkiyənin, həm də Rusiyanın təklifləri var. "S-400" zenit raket kompleksləri ətrafında baş verənlər bu və ya digər formada İdlib məsələsi ilə bağlıdır və ona təsir edəcək. "S-400" zenit raket kompleksləri ilə bağlı müqavilə həyata keçərsə, mən düşünürəm ki, İdlibdə Türkiyənin keçirmək istədiyi hərbi əməliyyat müəyyən müddətə təxirə salınacaq. Bunun nə vaxta qədər təxirə salınacağını da proqnozlaşdırmaq çətindir. Türkiyədə məhz bunu istəyir. Çünki hələ ki Türkiyə tərəfi İdlibdə genişmiqyaslı əməliyyat keçirməyə hazır deyil. Yəni "S-400" zenit raket komplekslərinə dair razılaşmanın həyata keçirilməsi müqabilində Rusiya Türkiyəyə İdlibdə əməliyyat keçirməyə imkan verəcək".

F-35 tipli qırıcı - Sputnik Azərbaycan
ABŞ-dan Türkiyəyə qarşı daha bir qeyri-dost addım

İlqar Vəlizadə hesab edir ki, Birləşmiş Ştatlar "S-400" zenit raket komplekslərini almaması üçün Türkiyənin maliyyə imkanlarını məhdudlaşdırmağa çalışacaq: "S-400", hətta gələcəkdə alına bilmə ehtimalı olan "S-500" zenit-raket komplekslərinin alınması üçün maliyyə imkanları lazımdır. Birləşmiş Ştatlar Türkiyənin bu imkanlarını məhdudlaşdırmağa çalışacaq. Son baş verənlər Türkiyəyə qarşı sanksiyaların da gündəmdə olduğu göstərir. Türkiyədə iqtisadi vəziyyət, durum da əvvəlki illərə nisbətdə pisləşib, bu ölkəyə investisiya yatırımı baxımından əhəmiyyətli dərəcədə azalma var. Bu məsələdə də ABŞ-la Türkiyə arasında "S-400" zenit raket kompleksləri, ümumiyyətlə Türkiyənin Rusiyaya dair siyasətində müəyyən dəyişikliklərin edilməsi ilə bağlı danışıqlar gedir. Heç də təsadüfü deyil ki, bu yaxınlarda Türkiyədən böyük bir nümayəndə heyəti Vaşinqtona səfər etmişdi. Bu istiqamətdə danışıqlar hələ də davam etdirə bilər. Birləşmiş Ştatlar Türkiyə mövqeyini dəyişməzsə, rəsmi Ankaraya qarşı sanksiyalar tətbiq edə bilər. Birləşmiş Ştatlar, həmçinin NATO-da Türkiyəni daim dəstəkləyən ölkələrdən biridir3. Bu dəstək zəifləyə bilər ki, bu da son nəticədə Türkiyənin NATO-dakı mövqeyinə təsirsiz ötüşməyəcək".

Birləşmiş Ştatların "S-400" zenit raket komplekslərini alması ilə bağlı Türkiyədəki ABŞ bazasını bağlayacağına dair səslənən bəyanatları şərh edən politoloq bunun reallaşma ehtimalının çox az olduğunu bildirib: "Birləşmiş Ştatların Türkiyədəki hərbi bazası – "İncirlik" təxminən 50 ilə yaxındır ki fəaliyyət göstərir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla - Sputnik Azərbaycan
Türkiyədən ABŞ-a jest
Ümumiyyətlə hərbi bazanın Türkiyədən köçürülməsi, Birləşmiş Ştatların, NATO-nun bu regiondan çıxması anlamına gəlir. Bunun indiki vəziyyətdə məqsədəuyğunluğu sual altındadır. Düşünürəm ki, illərlə mövcud olan infrastrukturun tez bir zamanda başqa bir yerə köçürülməsi çox çətin prosesdir. Bu müəyyən dərəcədə siyasi alverdir. Lakin baza Kiprə və Yunanıstana köçürülsə belə, bu Türkiyədəki hərbi baza kimi effektiv olmayacaq. Çünki Türkiyə İranla birbaşa sərhədə malikdir və region olaraq Xəzər regionu, Qafqaza çox yaxındır. "İncirlik" bazası NATO infrastrukturunda olduqca vacib elementdir".

Türkiyədə yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova bildirib ki, bu gün Türkiyə cəmiyyəti "S-400" zenit raketləri kompleksləri məsələsinə görə iki qütbə bölünüb: "Bu iki kəsimdən biri Rusiyadan "S-400" zenit raket komplekslərinin alınmamasının və ABŞ – Türkiyə münasibətlərinin zərər görməməsinin tərəfdarıdır. İkinci kəsim isə "S-400" zenit-raket komplekslərinin alınmasına dair qərarın doğru olduğunu və Birləşmiş Ştatların "F-35" qırıcılarının Türkiyəyə verilməməsi üçün oyun oynadığını düşünür. Beləliklə hər iki tərəfin özünə görə doğru və yanlış arqumentləri var. Belə ki, bu gün Birləşmiş Ştatların Türkiyəyə qarşı ikili standartlar tətbiq etməsi onsuz da bəllidir. Yəni tərəflərin NATO üzrə müttəfiq olmalarına baxmayaraq ABŞ-ın PKK-ya verdiyi dəstək və PKK-nın Türkiyəyə vurduğu ziyan göz önündədir. Türkiyə bu gün terrorla mübarizə üçün külli miqdarla pullar xərcləyir. Türkiyə maddi ziyanla yanaşı, şəhidlər verməklə mənəvi ziyan da çəkir".

© Photo : Facebook / Рамия МамедоваPolitoloq Ramiyə Məmmədova
S-400 ətrafında daralan dairə: Siyasi oyunlar hələ çox baş ağrıda bilər - Sputnik Azərbaycan
Politoloq Ramiyə Məmmədova

Xanım politoloq vurğulayıb ki, Türkiyənin "S-400" zenit raket komplekslərini almaqda məqsədi özünü xarici təhdidlərdən, qüvvələrdən qorumaqdır: "S-400"-lərin alınması artıq Türkiyə üçün həll edilmiş məsələdir. Türkiyə bunu dəfələrlə bildirib. Birləşmiş Ştatların Türkiyəni sanksiyalarla hədələməsi manipulyasiyadan başqa bir şey deyil. Çünki Türkiyə artıq əvvəlki Türkiyə deyil. Türkiyə beynəlxalq arena və dünya siyasətində öz sözünü keçirə bilən bir ölkəyə çevrilib. Əslində ABŞ-ı da qorxudan əsas məsələ Türkiyənin özünün müstəqil siyasət yürüməsidir. "F-35" tipli qırıcılar və digər silah sursatlara dair məsələlərin uzanması son nəticədə Türkiyəni bir silah istehsalçı olaraq güclənməsi ilə nəticələnir".

Ramiyə Məmmədova qeyd edib ki, Yaxın Şərqdə Türkiyə kimi müsəlman ölkəsinin güclənməsi ABŞ-ı və regionda Türkiyəni sevməyən ölkələri narahat edə bilər: "Bundan əlavə, Türkiyə ilə Rusiya arasında münasibətlər yaxınlaşdıqca da Türkiyəni sevməyən qüvvələr də narahat olmağa başlayır. Çünki Rusiya Yaxın Şərqdə özünə Türkiyə kimi güclü bir müttəfiq qazanır. Rusiya Türkiyəni özünə çəkərək ABŞ-a və Qərbə qarşı ikili müttəfiq olaraq daha güclü bir siyasət yürüdə bilər. ABŞ-ın oynadığı oyunlar və yalan vədləri Türkiyənin yavaş-yavaş ondan uzaqlaşması ilə nəticələnir".

Xəbər lenti
0