Türkiyədən ABŞ-a jest

© © Ludovic Marin/Pool via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar Amerikanın oxşar qərarına qarşılıq olaraq qəbul olunub

BAKI, 22 may — Sputnik. Türkiyə hökuməti ABŞ istehsalı olan 22 adda məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib. Sputnik Azərbaycan "Bloomberght" nəşrinə istinadən xəbər verir ki, qərar ABŞ-ın keçən həftə Türkiyədən idxal olunan polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20% əlavə vergini yarıya endirməsinə cavab olaraq qəbul olunub.

Gömrük rüsumu azaldılan məhsullar sırasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80%-dən yüksək olan məhsullar, likor və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var.

Xəbər lenti
0