BAKI, 31 may — Sputnik. S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması prosesi plana uyğun davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə XİN-nin rəsmisi Hami Aksoy deyib.
Aksoyun sözlərinə görə, raket-komplekslərinin alınmasının təxirə salınması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Son günlərdə bəzi KİV-lərin yaydığı məlumata görə, Türkiyə ABŞ-ın tələbi əsasında S-400 komplekslərinin alınmasını təxirə salmağı nəzərdən keçirir. Bu xəbərlər həqiqəti əks etdirmir", - deyə Aksoy bildirib.
O, həmçinin Türkiyənin S-400 komplekslərinin çatdırılması ilə bağlı ABŞ-la birgə işçi qrup yaratmaq tərklifini də xatırladıb.
Vaşinqton ehtiyat edir ki, Rusiya istehsalı olan S-400 kompleksləri ABŞ-ın yeni F-35 qırıcı təyyarələrinə təhlükə törədə bilər. Buna baxmayaraq, Türkiyə artıq bildirib ki, S-400 komplekslərindən imtina etməyəcək və bu sistemlərin birinci partiyasını iyul ayında ölkəyə çatdırılacaq.