CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Ombudsmanın təklifi ilə qanun qəbul olunduğunu xatırlamıram”

© REPORTQüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Həsənquliyev Ombudsmanla bağlı təkliflə çıxış edib

BAKI, 30 may - Sputnik. “İndiyədək Ombudsmanın təklifi ilə parlamentdə hansısa qanunun qəbul olunduğunu xatırlamıram”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Ombudsmanın təklifini əvvəlcə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, qanunvericilik təşəbbüsü ilə çıxış edərək parlamentə layihə təqdim etməsi məqbul olar. Bununla bağlı qanunvericiliyə dəyişiklik olunsa, müsbət olar.

Milli Məclisin sədri Oqtay Əsədov isə qanuna dəyişikliyin ilk oxunuşda müzakirəyə çıxarıldığını və təkliflərin ikinci və üçüncü oxunuşda verilə biləcəyini qeyd edib.

Xəbər lenti
0