CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəkillər Kollegiyası zorakılığa məruz qalan vəkilin müdafiəsinə qalxdı

Abunə olmaq
Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək"

BAKI, 1 iyun — Sputnik. "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz "Facebook" səhifəsində yazıb.

O, əlavə edib ki, məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar: "Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə adı açıqlanmayan vəkilə qarşı hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən zorakılıq olduğu barədə məlumatlar yayılıb.

Xəbər lenti
0