Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Ermənistan yeni reallıqda: Mübarizə qaldığı yerdən davam edəcək

© Sputnik / Mediabanka keçidErmənistan polisi
Ermənistan polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyini proqnozlaşdırırlar

BAKI, 21 may — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryan, sabiq baş nazir Armen Gevorqyan, sabiq müdafiə naziri Seyran Ohanyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov barəsində cinayət işi məhkəmə qərarı ilə dayandırılıb. Məhkəmə Robert Koçaryana və digər şəxslərə qarşı irəli sürülən ittihamla bağlı məsələni aydınlaşdırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət edilib. 

Никол Пашинян - Sputnik Azərbaycan
Ermənistan yenə çalxalanır: Paşinyan "inqilabın ikinci mərhələsini" anons edib

Xatırladaq ki, iki gün əvvəl məhkəmə qərarı ilə Robert Koçaryana qarşı seçilmiş həbs qərarı dəyişdirilmişdi.  Araşdırmaçılar belə, hesab edirlər ki, Koçaryan azadlığa çıxdıqdan sonra Paşinyanla mübarizəyə qaldığı yerdən davam edəcək. Çünki artıq bu sadəcə hakimiyyət savaşı deyil. Koçaryan illərdir öz adamlarının əli ilə Qarabağı və Ermənistanı idarə edirdi. O, inqilabdan sonra idarəetməni itirdi. Ancaq Paşinyan keçmişdə özünə və erməni xalqına etdiklərinə görə qisas almağa başlayanda Koçaryan əlindəki rıçaqlardan istifadə etdi və azadlığa çıxdı.

İndi Koçaryanın qarşısında iki yol qalır. Ya o, yenidən müxtəlif siyasətçilərə külli miqdarda pullar yedirtməklə “boz kardinal” statusunu qoruyacaq və öz adamlarını Paşinyanın qarşısına siyasi alternativ kimi çıxaracaq, ya da Koçaryanın yenidən aktiv siyasətə qayıtması reallığa çevriləcək.

Bu yol isə sadəcə Qarabağda keçərlidir. 2020-ci ildə qondarma rejimdə “prezident seçkilərinin” keçirildiyini nəzərə alsaq, burada Koçaryanın seçkidə iştirak etməsi və zəfər çalması qondarma respublikanı, tamamilə mərkəzdən, İrəvandan ayırar və onu daha çox Rusiyaya bağlaya bilər. Araşdırmaçıların fikrincə, Koçaryanın azadlığa çıxması ən əvvəl Qarabağ klanının gücünün göstəricisidir. Digər səbəb kimi isə Rusiya amilini göstərə bilərik.

Bəzi araşdırmaçıların qənaətinə görə, Ermənistandakı son hadisələr Azərbaycanda 90-cı illərin hadisələrini xatırladır. Nikol Paşinyan baş verənlərin onun özü və bütövlükdə iqtidarı üçün nə qədər təhlükəli olduğunu anlayır. Robert Koçaryanın azadlığa buraxılmasından dərhal sonra məhkəmə sistemində təmizləmə əməliyyatlarına başlamaq qərarı da bunun göstəricisidir. Ermənistanın baş naziri bu addımını əksinqilabçılıqla mübarizə kimi təqdim edib və erməni ictimaiyyətini bütün məhkəmələrin qarşısında etiraz aksiyaları keçirməyə, hakimlərin məhkəmə binalarına girib-çıxmalarına əngəl yaratmağa, qanunun tələblərinə qarşı çıxmağa çağırıb.

Nə qədər maraqlı olsa da, hələ də küçə siyasəti, qələbə eyforiyası ilə alışıb-yanan Paşinyanın həmin çağırışına istədiyi qədər insan səs verməyib. Dövlət rəhbəri olan bir insanın ölkənin idarə olunmasına siyasi iradəsinin çatmaması, Ermənistanın siyasi arenasında nə qədər kəskin xaosun, özbaşınalığın yaşandığının nümunəsidir. Qarabağ ermənilərinin bu məsələdə hücum taktikası seçmələri ölkə üçün qorxulu proqnozlarlar yaradır. 

Граждане на проспекте Баграмяна, перед зданием Парламента Армении (2 октября 2018). Еревaн - Sputnik Azərbaycan
Ermənistan parlamentində yanğın olub

Paşinyan onu da dərk etmir ki, artıq hökumətinin daxilində belə, qütbləşmələr gedir və həmin qütbləşmələr onun iqtidarının parçalanmasına səbəb olmaqdadır. Əgər o, Ermənistanın bütün məhkəmələrinə ucdantutma “əl gəzdirəcəksə”, bu zaman onun düşmənləri sırasına böyük bir hakim ordusu da qatıla bilər. Bu oyun isə Qarabağ klanının əlinə oynaya biləcək bir haldır. 

Ekspertlər məhz bütün bunların fonunda Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyini proqnozlaşdırırlar.

Qarabağ klanının yenidən güclənməsi isə Paşinyana müsbət heç nə vəd etmir. Məsələ ondadır ki, Paşinyan Qarabağ klanına qarşı mübarizə aparmağa çalışsa da, gücü yetmədi. Koçaryanın həbsdən azad edilməsi ona qarşı daha böyük cəbhə açılmasına gətirib çıxartdı. Yəni, gələcək proseslərdə və seçkilərdə narazı elektorat Koçaryanın ətrafında birləşməyə cəhd göstərəcək.

Xəbər lenti
0