CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan komandası bir gündə 9 medal qazandı

© Sputnik / Murad OrujovТурнир "Большого шлема" по дзюдо, посвященный памяти общенационального лидера Гейдара Алиева в Баку
Турнир Большого шлема по дзюдо, посвященный памяти общенационального лидера Гейдара Алиева в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Komandamıza ilk qızıl medalı 60 kq çəki dərəcəsində Vüqar Şirinli qazandırıb

BAKI, 14 may — Sputnik. "İBSA cüdo Qran Pri Bakı 2019" yarışının ilk gününün yarışları komandamız üçün uğurlu keçib. Yarışın ilk günündə Azərbaycan idmançıları üç qızıl, üç gümüş və üç bürünc medal qazanıblar.

Sputnik Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamıza ilk qızıl medalı 60 kq çəki dərəcəsində Vüqar Şirinli qazandırıb. O, Rumıniyadan olan rəqibi Florin Aleksandru Bologanı finalda məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yiyələnib. Eyni çəki dərəcəsində üçüncü yeri qazaxıstanlı idmançı Oljas Orazalyuli qazanıb.

Rövşən Binnətli - Sputnik Azərbaycan
İdman şərhçisi güləşçilərimizin Avropa zəfərindən danışdı

Komandamıza ikinci qızılı 48 kq çəki dərəcəsində gənc cüdoçu Şahanə Hacıyeva qazanıb. O, finalda çinli idmançı Li Liqinqi məğlub edərək qızıl medala yiyələnib. Həmin çəki dərəcəsində üçüncü yerə özbəkistanlı idmançı Lobar Xürrəmova layiq görülüb.

57 kq çəki dərəcəsində yarışan idmançımız Sevda Vəliyeva Azərbaycana üçüncü medalı qazandırıb. O, finalda azərbaycanlı idmançı, paralimpiya çempionu Afaq Sultanovanı məğlub edərək qızıla sahib olub.

Gümüş medalçılarımız isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev, 81 kq çəki dərəcəsində Hüseyn Rəhimli və 57 kq çəki dərəcəsində Afaq Sultanovadır.

Digər idmançılarımız Namiq Aslanlı, Bəsti Səfərova və Ramil Qasımov yarışlarda 3-cü yerə layiq görülüblər.

Xəbər lenti
0