Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi güləşçilərimizin Avropa zəfərindən danışdı

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman şərhçisi Rövşən Binnətli deyir ki, Şərif Şərifovun hər üç nominasiyada ilk yerə çıxması güləş tariximiz üçün çox önəmlidir
Rövşən Binnətli: “Güləşçilərimizin çıxışından narazı qalmalı hansısa məqam yoxdur”

Azərbaycanın sərbəst güləş komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında daha bir qızıl medal qazanıb. Finalda polşalı rəqibinə heç bir şans tanımayan Şərif Şərifov ilk dəfə Avropa çempionu olub.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, güləş bizim milli idman növümüz olduğuna görə, burada qazandığımız nailiyyətləri təbii qarşılamışıq: “Çempionat hələ davam edir və sərbəst güləşçilərimizin çıxışı uğurlu alındı. Deyərdim ki, gözlədiyimizdən də artıq səviyyədə çıxış etdilər. Güləşçilərimizin çıxışından narazı qalmalı hansısa məqam yoxdur. Şərif Şərifovun da hər üç nominasiyada ilk yerə çıxması güləş tariximiz üçün çox önəmlidir”.

Xatırladaq ki, dünən Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.

Rövşən Binnətlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0