Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış baş məşqçi federasiyadan getdi

Abunə olmaq
Anar Süleymanov: "Qızların hər biri öz şəxsi müəllimində məşq edəcək"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Bir müddət əvvəl 10 günlük həbs edilməsi ilə gündəmə gələn, Azərbaycan Kikboksinq Federasiyasının qızlardan ibarət milli komandasının baş məşqçisi Anar Süleymanov Federasiyadan ayrılıb. Bu barədə idmançının özü Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Ov tüfəngi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağdaşda karate müəllimi 500 manata görə öldürülüb

A.Süleymanov deyib ki, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev qızlardan ibarət milli komandanın baş məşqçilik postunu ləğv etmək qərarına gəlib: "Rəhbərlik ilə danışdıq və qərar verildi ki, post ləğv olunsun. Qızların hər biri öz şəxsi müəllimi ilə məşq edəcək. Mən də Kikboksinq Federasiyasından getməyə qərar verdim".

"Bir sözlə, Kikboksinq Federasiyasında qızlardan ibarət milli komandanın baş məşqçisi postu ləğv edildi. İndi də Federasiya rəhbərliyi ilə dostluq münasibətlərim qalmaqdadır. Sadəcə olaraq iş yerimi dəyişmək qərarına gəldim", – deyə, o əlavə edib.

Məşqçi yeni iş yerini də açıqlayıb: "Bir neçə federasiyadan təklif gəldi, amma Kunq-fu Federasiyasını seçdim. Bu gündən etibarən Kunq-fu Federasiyasının qızlardan ibarət milli komandasında baş məşqçi kimi fəaliyyətə başlayıram".

"İnanıram ki, Kikboksinq Federasiyasında qazandığımız uğurları, ən azı, bu idman növündə də təkrarlayacağıq. Hətta daha da yaxşı nəticə göstərə biləcəyik. Bunun üçün istedadlı gənclərimiz də çoxdur", – deyə A.Süleymanov vurğulayıb.

Xəbər lenti
0