CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşda karate müəllimi 500 manata görə öldürülüb

CC0 / sluehr3g / gunOv tüfəngi, arxiv şəkli
Ov tüfəngi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İncik düşən İbadov silah dalınca gedib və geri qayıdıb İsmayılovu güllələyib.

BAKI, 11 avqust — Sputnik. Ağdaş rayonunda karate müəllimi pula görə qətlə yetirilib. Bu barədə məlumat Sputnik Azərbaycan-a Ağdaş rayon Polis Şöbəsindən verilib.

Müəllimi qətlə yetirən Hüseyn İbadov könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, yerli KİV-in yaydığı məlumata görə, avqustun 9-u Qaradağlı kəndi yaxınlığında yerləşən qəbiristanlıqda Ağdaş şəhər sakini, karate üzrə məşqçi Nizami İsmayılov öldürülüb. Bildirilirdi ki, cinayətin törədilməsinə səbəb iki ailə arasında uzun müddət davam edən münaqişə olub.

Охотничья винтовка типа Винчестер, архивное фото - Sputnik Azərbaycan
Rayonda müəllimi güllələdilər

Rayonda olduqca məşhur olan karate müəllimi İsmayılov əvvəllər bir zərbə ilə bir şəxsi öldürüb. Guya bu da qan davasının yaranmasına səbəb olub. Bu səbəb görə öldürülən və qətl törədən şəxsin ailələri arasında dəfələrlə münaqişə yaşanıb.

Lakin polisdən bildirilib ki, müəllimin öldürülməsi bu hadisə ilə bir bağlılığı yoxdur. İsmayılovun bir neçə il əvvəl bir zərbə ilə adam öldürdüyü düzdür, lakin həmin vaxt öldürülən şəxs avqustun 9-u saxlanılan Hüseyn İbadovun yaxını olmayıb.

Bundan əlavə, İbadovun öldürülən şəxslə bir tanışlığı olmayıb. O, başqa şəhərdə yaşayıb.

İbadov və İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. Ötən ilin martında İbadov İsmayılova 500 manat borc pul verib. Bir ildən artıq keçməsinə baxmayaraq, karate müəllimi borcu qaytarmaq istəməyib. Görüş zamanı İbadov pulunu istəyərkən İsmayılov onu sərt şəkildə təhqir edib.

İncik düşən İbadov silah dalınca gedib və geri qayıdaraq İsmayılovu güllələyib.

Cinayət zamanı ov tüfəngindən istifadə olunub. İlkin sorğu zamanı İbadov istintaqa bildirib ki, silahı tapıb və nə vaxtsa lazım olacaq deyə onu saxlamağa qərar verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0