Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çimərlik güləşi üzrə baş məşqçimiz: "100 qram da böyük rol oynayır"

© AFP 2024 / Al BelloÇimərlik güləşi
Çimərlik güləşi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazim Əlicanov: "İnanıram ki, 4 lisenziya qazana biləcəyik"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Çimərlik güləşi. Nə qədər qəribə səslənsə də, belə bir idman növü də var. Özü də, onu heç də yeni idman növü saymaq olmaz. Çimərlik güləşinin, təxminən 100 yaşı var.

Azərbaycanda isə bu idman növü yeni yaradılıb. Amma artıq milli komandamız da var və artıq beynəlxalq yarışlara qatılır. Bir müddət öncə çimərlik güləşçilərimiz Portuqaliyanın Çaves şəhərində keçirilən yarışda uğur da əldə ediblər. Qatıldıqları ilk yarışdaca 1 qızıl, 2 gümüş medal qazanmış milli komandamızın baş məşqçisi Nazim Əlicanov sevincini və uğur sirlərini Sputnik Azərbaycan oxucuları ilə bölüşüb.

© AZƏRTACMilli komandamızın baş məşqçisi Nazim Əlicanov
Çimərlik güləşi üzrə baş məşqçimiz: 100 qram da böyük rol oynayır - Sputnik Azərbaycan
Milli komandamızın baş məşqçisi Nazim Əlicanov

- Çimərlik güləşi Azərbaycanda yeni yaradılıb. Bu idman növünə idmançılarımız arasında maraq necədir?

- İdmançıların çimərlik güləşinə marağı böyükdür. Sadəcə, qarşıdan Olimpiya yarışları gəlir. Ona görə də əsas idmançılarımızın xal qazandıran yarışlarda iştirak etmələri şərtdir. Bunu nəzərə alaraq ikinci nömrələr arasında seçim edib komanda yaratdıq ki, sonra yarışlar üst-üstə düşəndə problem yaranmasın.

- Çimərlik güləşinin adi güləşdən fərqi nədir?

- Çimərlik güləşində fiziki cəhətdən daha çox güclü olmalısan. Ayaq üstə güləşməyi bacarmalısan. Güləşən zaman idmançılar az qala dizə kimi xüsusi hazırlanmış dəniz qumunun içinə girirlər. İdmançıların fiziki gücü olmalıdır ki, rəqib fənd etmək üçün onları itələyəndə dayana bilsinlər. Güləşçinin dizlərinin iksi də yerə dəydisə, məğlub sayılacaq. Amma idmançı fənd icra edən zaman bir dizi yerə dəyərsə, məğlub sayılmır. Bu idman növündə çəki də önəmlidir. Əgər mübarizə heç-heçə ilə yekunlaşırsa, çəkidə az olan qalib elan edilir. Hətta 100 qram da burada böyük rol oynayır. Çimərlik güləşində sərbəst güləşçilər mübarizə apara bilir. Klassik güləşçilərin mübarizə aparması mümkün deyil.

Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır - Sputnik Azərbaycan
VİDEO
Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır

- Qarşıda da çimərlik idman növləri üzrə olimpiada gəlir. Hazırsınızmı?

- Bəli, qarşıda ciddi yarış var. Buna kimi bir neçə sınağımız olacaq. Bu sınaqları keçib, yer tutmaqla xal qazanmalıyıq. Əks halda olimpiadada güləşə bilmərik. İşimizin 30 faizini görmüşük. Digər 3 turnirdə də finala çıxsaq, olimpiadaya lisenziya qazana biləcəyik. Bir turnirlərin birində belə, iştirak etməyən idmançı olimpiadaya vəsiqə qazana bilməz. Əsas şərt budur. Qazaxıstanda Tokio-2020 Olimpiya Oyunlarına xal verən Dünya çempionatı keçiriləcək. Ona görə də idmançıların əksəriyyəti bu yarışa gedəcək. Bizdə isə milli komandanın iki nömrələri arasından seçilən idmançılar çimərlik güləşində olduğu üçün yarışlara problemsiz olaraq qatılacaqlar. İnanıram ki, 4 lisenziya qazana biləcəyik.

- Milli komandanı quranda çətinlik çəkmədiniz?

- Milli Olimpiya Komitəsi bizə dəstək olub ki, yarışlara qatılaq. Bu yarışlar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təşkil edilən yarışlar olduğu üçün səviyyəli yarışlardır. Bu yarışda iştirak etmək çətindir. Təsəvvür edin, 50 nəfərin içindən cəmi 2-3 nəfər seçmək olur. Mən milli komandaya üzv yığanda da seçim etməkdə çətinlik çəkirdim.

Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
İDMAN
Sərbəst güləş yığmamız bu mötəbər yarışda iştirak edəcək

- İlk yarışa gedəndə hansı hissləri keçirirdiniz?

- Biz ilk dəfə yarışda iştirak etmək üçün Portuqaliyaya getmişdik. Orada yaşayanlar futbol azarkeşləridir. Hamısı futbola baxmaq arzusu ilə gəlib bizim yarışları görəndə heyrətlənirdilər. Amma geri qayıtmırdılar, oturub sona kimi izləyirdilər. Həyəcan var idi, medal qazandıqca həyəcan sevincə çevrildi.

- Bəs məşq etmək üçün qumu haradan tapacaqsınız?

- Biz döşəkdə məşq edirik. Sadəcə bir neçə taktika istifadə edərək qumda rahat döyüşmək olur. Yəni qum və döşəyin elə də fərqi yoxdur. Sadəcə qaydalar və güləş forması fərqlidir.

- Siz qızlardan ibarət ilk milli komandanı yaratmısınız...

Güləş yarışı - Sputnik Azərbaycan
İDMAN
Bakıda dünyanın ən güclü güləş turnirlərindən biri keçiriləcək

- Bəli. Fazil Məmmədov məni çağırıb dedi ki, “qızlardan ibarət milli komanda yaratmalısan, sənə güvənirəm, get seç, məşqlərə başla". Mən də başladım seçim etməyə. Legioner də gətirməli idim. Ukraynada yarışa getmişdik. Çoxdan Mariya Stadnikin döyüşlərini izləyirdim, onu komandaya gətirmək istəyirdim. Bilirdim ki, uğurlu idmançı ola bilər. Onda Mariyanın 18 yaşı var idi. Yarış zamanı zalda oturub ağlayırdı. Cəzalı idi deyə güləşmirdi, amma istəsəydilər döyüşə buraxa bilərdilər. O da ağlayaraq idmanı atacağını deyirdi. Ona yaxınlaşıb ağlamağının səbəbini soruşdum. Sonra da Azərbaycanda oynamaq üçün dəvət etdim. O da razılıq verdi. Mən geri dönüb sənədləri hazırladım. Bir müddət sonra Mariyanı Bakıya gətirdim. Nəticə də göz önündədir. Avropa, dünya, Olimpiya medalları qazandı. Halbuki Mariya Stadnik Ukraynada qalsaydı çoxdan idmanı atacaqdı. Bununla yanaşı digər nəticə verən qızları da mən milli yığmaya gətirmişəm. Sona Əhmədovanı da eynilə. Onu da deyim ki, bu gün Mariya Stadnik Ukraynada qızlara sponsorluq edir ki, onlar güləşçi olsunlar. İnanıram ki, qızların milli komandası kimi çimərlik güləşi də uğurlu nəticələr göstərəcək.

Xəbər lenti
0