Məşqlər artıq başa çatmaq üzrədir. Güləşçilərimiz yarışa tam hazırdır. Bu il təcrübəli güləşçilərlə yanaşı, gənclər də heyətə cəlb olunub. Məşqçilər gənclər arasında dünya çempionatında fərqlənmiş güləşçilərimizi əsas heyətdə sınaqdan keçirmək istəyir.
Komandanın ab-havası yüksək səviyyədədir. Bəzi idmançılarımızın zədəli olmalarına baxmayaraq, çempionatdan medalla dönməyə əzmlidirlər.