Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Ukrayna yol ayrıcında – Hər iki namizəd “şanslıyam” deyir

© REUTERS / VALENTYN OGIRENKOДебаты между Порошенко и Зеленским на стадионе "Олимпийский" в Киеве
Дебаты между Порошенко и Зеленским на стадионе Олимпийский  в Киеве - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin kim olması Ukrayna-Azərbaycan münasibətlərinə təsir etməyəcək

BAKI, 20 aprel — Sputnik. Ukraynada keçirilən son sorğulara əsasən, prezidentliyə namizəd Vladimir Zelenski hazırkı prezident Pyotr Poroşenko ilə aralarında olan səs fərqini artırıb. Son rəy sorğusuna əsasən, prezident seçkilərinin ikinci turunda Zelenskinin lehinə 72,2% ukraynalı səs verməyə hazırdır. Poroşenkonu isə rəyi soruşulanların 25,4%-i dəstəkləyir. Bu rəqəmlər səsvermədə iştirak etmək istəyən və öz seçimlərini müəyyənləşdirən respondentləri əks etdirir. Respondentlərin 17,9%-i öz seçimlərini hələlik müəyyənləşdirməyib.

Ukrayna prezidenti Pyotr Poroşenko - Sputnik Azərbaycan
Poroşenko Rusiyanı Ukrayna üçün "əsas təhdid" adlandırdı

Sorğu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 9-14 aprel tarixlərində Ukraynanın bütün regionlarındakı 129 yaşayış məntəqəsində 2004 respondent arasında keçirilib.

Hazırkı prezident Pyotr Poroşenko və ilk dəfə namizəd olan Vladimir Zelenski arasında mübarizə qızışır. Həm Zelenski, həm Poroşenko ölkənin NATO-ya üzv olmasının tərəfdarıdır. Namizədlərin hamısı şərqdəki müharibə probleminin həllini prioritet hesab edir, lakin müharibəni necə həll etməklə bağlı real plana heç bir namizəd malik deyil. Zelenski prezident seçiləcəyi təqdirdə Ukraynanın xarici siyasətinin Avropa istiqamətli olacağını söyləyib. Lakin araşdırmaçılar bunu piar hesab edirlər. Zelenski öz siyasi proqramında bildirir ki, NATO və digər müdafiə ittifaqlarına doğru irəliləyiş ölkənin təhlükəsizliyi üçün mühüm şərtdir, amma bu, referendum predmeti olmalıdır.

Zelenski siyasi proqramdan savayı heç nə demir. O demək olar ki, müsahibə vermir, verdiyi açıqlamalarda da inam yaratmır. Zelenski həmçinin deyir ki, ehtiyac yaransa, NATO ilə razılıq əldə olunacaq. O bununla Ukraynanın alyansa inteqrasiyasını təmin edəcəyini nəzərdə tutur. Zelenski deyir ki, Donbasda müharibəni bitirmək istəyir, prezident Vladimir Putinlə və Kremlin digər rəhbərləri ilə birbaşa danışıqlar aparmağa hazırdır. O Avropa İttifaqı ilə münasibətlərlə bağlı qeyri-müəyyən fikirlər söyləyir. Poroşenkonun Avropa İttifaqına inteqrasiya siyasətini dolayı tənqid edərək "dəvət olmadan harasa getmək" istəmir. Zelenski qeyd edir ki, müvəqqəti zəbt olunmuş torpaqları qaytarmaq və təcavüzkarı vurduğu ziyanlara görə kompensasiya ödəməyə məcbur etmək ümidi ilə Budapeşt bəyannaməsinin qarantlarının və Avropa İttifaqı tərəfdaşlarının dəstəyini əldə etməyə çalışacaq.

Poroşenkonun isə təhlükəsizlik və xarici siyasət kursu birmənalıdır. Poroşenko seçki kampaniyasının lap əvvəlində bəyan etdi ki, məqsəd Avropa İttifaqı və NATO-ya üzv olmaqdır. O, NATO-ya üzv olmaq üçün tədbirlər planı hazırlayıb həyata keçirməyə söz verir. Hazırkı prezident Avropa İttifaqına və NATO-ya üzvlüyü yüksək həyat səviyyəsi, iqtisadi inkişaf, qanunun aliliyi, ölkənin təhlükəsizliyi və bir çox məsələlərə təminat aləti kimi görür.

Предвыборная агитация на Украине - Sputnik Azərbaycan
Ukrayna bir günlük susdu
 Poroşenkonun xarici siyasət sahəsində verdiyi bəyanatlardan bəzisi həyata keçməyə bilər. O, 2023-cü ildə Avropa İttifaqına üzv olmaq üçün ərizə verəcəyini vəd edir. Ümumilikdə seçkiqabağı proqramdan savayı Poroşenko öz prezidentliyi dövründə Avroatlantik inteqrasiyanı fəal şəkildə irəli apardı. O, Avropa İttifaqı ilə assosiasiya sazişi və azad ticarət sazişi imzaladı, Avropa İttifaqı ilə vizasız rejimə nail oldu, Ali Radanın dəstəyi ilə Ukrayna Konstitusiyasına düzəlişlər edərək Avropa İttifaqı və NATO kursunu möhkəmləndirdi.

İslahatlar proqramını tam yerinə yetirmədiyinə, müttəfiq seçiminə və köhnə, Maydana qədərki rejim metodlarını tətbiq etdiyinə görə Poroşenkonu tənqid etmək olar, amma o, Ukraynanın Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi üçün real səylər göstərdi.

Azərbaycanla Ukrayna arasında mövcud əlaqələri isə Petro Poroşenkonun aktivinə yazmaq düzgün olmazdı. Bu gün Bakı və Kiyev münasibətlər dinamikasını qoruyub saxlayıb. Lakin bu, dövlət başçısının konkret fəaliyyət planının nəticəsi deyil. Bakı və Kiyev tərəfdaşdır və Ukraynada kimin prezident seçilməsindən asılı olmayaraq bu münasibətlər inkişaf edəcək...

Xəbər lenti
0