Ukrayna bir günlük susdu

© Sputnik / Stringer / Mediabanka keçidПредвыборная агитация на Украине
Предвыборная агитация на Украине - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğunun nəticələrinə görə, birinci turda prezident seçmək mümkün olmayacaq

BAKI, 30 mart — Sputnik. Sabah Ukraynada prezident seçkiləri keçiriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, 30 milyon səsvermə hüququna malik olan seçici öz namizədinə səs verə biləcək.

Ukraynada aksiyalar davam edir, arxiv şəkli - Sputnik Azərbaycan
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi

Seçki öncəsi vəziyyət isə 39 namizəddən biri olan aktyor, komediya ustası Vladimir Zelenskinin xeyrinədir. “Rating Group” İctimai Birliyinin davamlı olaraq təşkil etdiyi sorğunun nəticəsinə görə, sorğuya qatılanların 26,6 faizi Vladimir Zelenskini dəstəkləyəcək. Hazırkı prezident Petro Poroşenko və sabiq hökumət rəhbəri Yuliya Timoşenkonun xeyrinə isə təxminən eyni sayda - 17 faizi səs verəcək. 

Sorğunun nəticələrinə görə, böyük ehtimalla seçkilərin ikinci turu baş tutacaq. Hazırkı prezident Petro Poroşenko və ya Yuliya Timoşenkonun ikinci tura keçəcəyi halda Vladimir Zelenskinin prezident seçilmə imkanlarının azalacağı da ehtimal edilir.

Bu prezident seçkilərinin payızda baş tutacaq parlament seçkilərinə təsirsiz ötüşməyəcəyi də proqnozlaşdırılır.

Qeyd edək ki, Krımdakı situasiya və Donbas ərazisində gedən döyüşlər səbəbindən 5 milyondan artıq şəxs səsvermədə iştirak edə bilməyəcək.

Xəbər lenti
0