Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Spartak"dan Azərbaycan əsilli futbolçuya rekord cəza

Abunə olmaq
"Mən özümü aqressiv aparmışam və günahımı boynuma alıram"

 

BAKI, 12 aprel — Sputnik. Moskvanın "Spartak" klubu Rusiya millisinin yarımmüdafiəçisi, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevi piyadaya hücum etdiyi üçün cəzalandırıb. Bu barədə Sputnik Azərbaycan "Çempionat" nəşrinə istinadən xəbər verir.

Игрок ФК Спартак Аяз Гулиев  - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi

Məlumata əsasən, yarımmüdafiəçi 5 milyon rubl (132,154 AZN) cərimələnib. Onun "Spartak"-dakı qazancı 6 milyon (158543) rubldur. Bundan əlavə, oyunçu əsas heyətdən kənarlaşdırılıb. Oyunçu ikinci heyətləməşq edəcək.

Qeyd edək ki, "Mercedes" markalı avtomobilin sükanı arxasında olan Quliyevlə işıqforun qadağanedici işığına məhəl qoymayaraq piyada keçidindən keçən ABŞ vətəndaşı Con Eli arasında başlayan qarşıdurma davaya çevrilib. Nəticədə Quliyev Con Elinin burnunu sındırıb.

Daha sonra Quliyev səhv hərəkət etdiyini boynuna alaraq ABŞ vətəndaşından üzr istəyib və onun müalicəsinin pulunu ödəyib. ABŞ vətəndaşı isə ondan şikayətçi olmayıb.

Ayaz Quliyev bu münaqişədən sonra azarkeşlər qarşısında rəsmən üzr istəyib. Onun üzrxahlıq bəyanatı futbol klubunun rəsmi saytında yayımlanıb.

"Mən özümü aqressiv aparmışam və günahımı boynuma alıram. Bir daha zərərçəkmiş qarşısında üzr istəyirəm" - o deyib.

"Həmçinin, məni tamamilə başqa prinsiplərlə tərbiyə edən doğma klubumdan üzr istəyirəm. Eyni zamanda, indi qarşısında çox utandığım ağ-qırmızıların azarkeşlərindən üzr istəyirəm" - deyə Quliyevin bəyanatında bildirilir.

Xəbər lenti
0