Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidИгрок ФК "Спартак" Аяз Гулиев
Игрок ФК Спартак Аяз Гулиев  - Sputnik Azərbaycan
Abunə olmaq
"Spartak" futbolçunun davranışının yolverilməz olduğunu bildirərək ona qarşı sanksiyaların tətbiq olunacağını bildirib

BAKI, 12 aprel — Sputnik. Moskvanın "Spartak" klubu və Rusiyanın futbol üzrə yığma komandasının yarımmüdafiəçisi, azərbaycan əsilli Ayaz Quliyevə qarşı sərt sanksiyalar tətbiq edəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, futbolçu yol nəqliyyat hadisəsi zamanı ABŞ vətəndaşının burnunu sındırıb.

Belə ki, Mersedes markalı avtomobilin sükanı arxasında olan Quliyevlə işıqforun qadağanedici işığına məhəl qoymayaraq piyada keçidindən keçən ABŞ vətəndaşı Con Eli arasında başlayan qarşıdurma davaya çevrilib. Nəticədə Quliyev Con Elinin burnunu sındırıb. Daha sonra Quliyev səhv hərəkət etdiyini boynuna alaraq ABŞ vətəndaşından üzr istəyib və onun müalicəsinin pulunu ödəyib. ABŞ vətəndaşı isə ondan şikayətçi olmayıb.

"Spartak" isə futbolçunun davranışının yolverilməz olduğunu bildirərək ona qarşı sanksiyaların tətbiq olunacağını bildirib.

Ayaz Quliyev bu münaqişədən sonra azarkeşlər qarşısında rəsmən üzr istəyib. Onun üzrxahlıq bəyanatı futbol klubunun rəsmi saytında yayımlanıb.

"Mən özümü aqressiv aparmışam və günahımı boynuma alıram. Bir daha zərərçəkmiş qarşısında üzr istəyirəm. Həmçinin məni tamamilə başqa prinsiplərlə tərbiyə edən doğma klubumdan üzr istəyirəm. Eyni zamanda indi qarşısında çox utandığım ağ-qırmızıların azarkeşlərindən üzr istəyirəm" - deyə Quliyevin bəyanatında bildirilir.

Xəbər lenti
0