Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı breyk-dansçıların Olimpiada xəyalları

© AFP 2024 / LUCAS BARIOULETBreyk-dansçı, arxiv şəkli
Breyk-dansçı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
AİRF prezidenti Etibar Məmmədov hesab edir ki, Azərbaycanın breyk-dansçıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında öz məharətlərini göstərə bilərlər, əks-təqdirdə legionerləri cəlb etməli olacağıq

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Azərbaycan 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında breyk-dans yarışlarına vəsiqə qazanmaq niyyətindədir. Bunu Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Azərbaycan İdman Rəqsləri Federasiyasının (AİRF) prezidenti Etibar Məmmədov builki olimpiya proqramlarını şərh edərkən deyib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsinə yarışın proqramına yeni idman növünü - breyk-dansı əlavə etmək təklifini verib. Bu Oyunların proqramına həmçinin qayaya dırmanma, sörfinq və skeytbord idman növlərinin də cəlb olunmasını tövsiyə edib. Sonuncu üç idman növü 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının da proqramına daxil edilib. Bu idman növlərinin Olimpiya Oyunları - 2024-ün proqramına daxil edilib-edilməməsi barədə yekun qərarı BOK 2020-ci ilin sonunda açıqlayacaq.

Patrik Braxner XXIII Qış Olimpiya Oyunlarında - Sputnik Azərbaycan
İDMAN
Millimizin iki Olimpiadada uğursuz çıxış etmiş idmançısı: "Mən əlimdən gələni etdim"

Yeri gəlmişkən, breyk-dans üzrə yarışlar 2018-ci ildə Buenos-Ayresdə (Argentina) keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarının da proqramına daxil edilmişdi. Breyk-dans üzrə Olimpiya turniri yeniyetmələr, qızlar və cütlüklər arasında keçirilib, rəqs döyüşləri seriyasını hakimlər qiymətləndirib.

Onu da qeyd edək ki, breyk-dans rəsmən Ümumdünya Rəqs İdmanı Təşkilatının bir hissəsidir. AİRF-in vitse-prezidenti Tatyana Çernovanın sözlərinə görə, məhz bu təşkilat Azərbaycan İdman Rəqsləri Federasiyasına idmanın bu növünü inkişaf etdirməyi təklif edib ki, ölkəmiz idmançıları 2024-cü ilin Olimpiya Oyunlarına hazırlayıb çatdıra bilsin.

Qəribədir ki, Azərbaycanda o qədər dərin olmasa da, breyk-dansın öz ənənələri var.

Tibbi maska taxmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Olimpiadada virus həyəcanı: SOS verildi

"Azərbaycanda breyk-dansı çoxdandır oynayırlar. 90-cı illərin sonlarından etibarən bizdə paytaxt çempionatları keçirilib. Bu ənənə 2015-ci ilin sonlarında bir qədər pozuldu, çünki ölkədə maliyyə problemləri yarandı. Buna baxmayaraq, biz cari ildən başlayaraq breyk-dans çempionatlarının keçirilməsini davam etdirəcəyik. Əlbəttə, Azərbaycanda rəqqasların sayı Rusiya, Ukrayna, Almaniya, İngiltərə və digər ölkələrdə olduğu qədər çox deyil, amma bu istiqaməti inkişaf etdirsək, əminəm ki, onların sayı artacaq" - Etibar Məmmədov deyib.

Onun sözlərinə görə, hətta Buenos-Ayresdə keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarına azərbaycanlı rəqqaslardan ibarət heyət göndərməyi planlaşdırıblar. Amma ərizə verməyə gecikiblər.

"Biz sayları az olsa da, öz idmançılarımızı Parisdə keçiriləcək Olimpiya-2024-ə göndərməyi planlaşdırırıq. Hesab edirəm ki, bizim olimpiadaya lisensiya qazanmağa gücümüz çatacaq. Əlbəttə ki, medal qazanmaq çox çətin olacaq, amma ləyaqətlə çıxış etməyə söz veririk. İstənilən halda bu, ölkəmizdə həmin idman növünün necə inkişaf edəcəyindən, dövlətin ona münasibətindən asılı olacaq" - deyə AİRF prezidenti əlavə edib.

Hazırda Azərbaycanda beynəlxalq yarışlarda solo çıxışlar etmək təcrübəsinə malik cəmi dörd rəqqas var. Lakin qızlar və cütlük yarışı üzrə idmançılarımız yoxdur.

Azərbaycan əsilli ukraynalı model, Miss Ukraina-2015 gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı modelin hovuz ziyafəti çılğın rəqsə çevrilib - VİDEO

"Hələlik Parisdəki Olimpiadada breyk-dans yarışlarının necə keçiriləcəyi məlum deyil. Yaxın illərdə biz bütün istiqamətlərdə perspektivli rəqqasların yetişdirilməsində yaxından iştirak edəcəyik" - deyə Məmmədov söz verib.

Federasiyanın rəhbəri breyk-dans üzrə Azərbaycan yığmasına legionerlərin cəlb edilmə ehtimalını da istisna etməyib:

"Bu, ehtiyat variantdır. Əlbəttə ki, legionerlər inkişafın asan yoludur. İdmanın əksər növlərinin inkişafına təkan vermək üçün əcnəbilər cəlb edilir. Hələlik öz idmançılarımızın üzərində işləmək istərdik. Hələ Paris Oyunlarına beş il vaxt var. Bu müddət ərzində öz güclü rəqqaslarımızı yetişdirə bilərik. Əgər nəsə düz getməsə, o zaman legionerlərin xidmətlərinə qaçağağıq".

Xəbər lenti
0