CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Olimpiadada virus həyəcanı: SOS verildi

© AFP 2024 / JUNG YEON-JE Tibbi maska taxmış qadın, arxiv şəkli
Tibbi maska taxmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiadada iştirak edən heç bir idmançı bu virusa tutulmayıb

BAKI, 14 fevral — Sputnik. Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarında həyəcanlı anlar yaşanır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Olimpiadanın təşkilatçıları bildirib ki, ölkənin bəzi yerlərində virus aşkarlanıb. Hətta son günlər daha 17 nəfər virusa tutulub.

Pxençanq şəhərində Qış Olimpiya Oyunların - Sputnik Azərbaycan
Olimpiadada Azərbaycanı təmsil edəcək yeganə idmançı: O, kimdir?

Səlahiyyətli şəxslər açıqlama verərək bildirib ki, Pxençxan kəndində 8, Granqneunq kəndində 9 nəfər bu virusa tutulub.

Qeyd edək ki, virusa tutulan 194 nəfərin 147-sinin sağaldığı və karantindən çıxdığı bildirilir. 47 nəfər isə hələ də karantində saxlanılır. Bildirilir ki, Olimpiadada iştirak edən heç bir idmançı bu virusa tutulmayıb.

Xəbər lenti
0