CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM imtahanla bağlı rəqəmləri açıqladı

© AFP 2024 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

BAKI, 28 fevral — Sputnik. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri imtahandan iki gün sonra fevralın 26 da elan olunub. Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatlar açıqlanıb. Qeyd olunub ki, 2019-cu il fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib. Onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0.93%-i) imtahana gəlməyib.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
Bakıda tələbə qız dəm qazından boğularaq ölüb

"2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq, qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109 (0.83%) və 146-sı (1.18%) imtahana gəlməyib. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Bununla yanaşı qeyd etmək lazımdır ki, 2014-2016-cı illərdə imtahana gəlməyənlərin qeydiyyatdan keçənlər içərisindəki payı 6-12% arasında olub. 2017-2019-cu illərdə isə bu göstərici 1.18%-dən yüksək olmayıb. Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb" – deyə məlumatda əlavə olunub.

DİM-in məlumatına görə, 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49.73% və 53.61%-nin 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

"Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 51.36 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. 2018-ci ildə isə median daha aşağı – 49.91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49.91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb" – deyə verilən məlumatda qeyd olunub.

Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb - Sputnik Azərbaycan
Rusiyada tələbə yataqxanasının binası uçdu - VİDEO

DİM-in rəqəmlərinə görə, 2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub: "2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı artıb. Qeyd edək ki, 90 və daha yuxarı bal toplayanların sayı 33 nəfərdir və bu şəxslərin ali təhsil müəssisələrinə qəbul olunarkən topladıqları balın orta göstəricisi 634 baldan yuxarı olub. Bu iştirakçıların abituriyent kimi əldə etdikləri yüksək nəticələr magistraturaya qəbul imtahanında da təkrarlanıb. Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57.96%) cari ilin, 5274 nəfəri (42.04%) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 6793 (55.49%) və 5448 (44.51%) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2.47% artıb".

"Cari il məzunlarının 65.94%-i ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34.06% olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 63.80% və 36.20%-ə bərabər olub. Qeyd edək ki, bu il imtahan iştirakçılarının 5434-ü (43.32%) oğlan, 7111-i (56.68%) qız olub. Ötən il də demək olar ki, eyni mənzərənin şahidi oluruq. 2018-ci ildə imtahanda iştirak edənlərin 42.79%-ni (5238 nəfər) oğlanlar, 57.21%-ni (7003 nəfər) isə qızlar təşkil edib" – deyə vurğulanıb.

DİM 2018-ci ildə olduğu kimi bu il də qızların oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstərdiyini açıqlayıb: "2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq, 55.53% və 55.28%-i, oğlanların isə müvafiq olaraq, 44.47% və 44.72%-i imtahanda ən azı 50 bal toplayıb.

Ballar üzrə histoqram (2019-cu il, I mərhələ)

İştirakçıların sayı: 12545

Bal intervalları Bakalavrların sayı Bakalavrların cəmi sayı

Bal intervalları      Bakalavrların sayı    Bakalavrların cəmi sayı   
96 - 100 3 3
91 - 95 20 23
86 - 90 100 123
81 - 85 213 336
76 - 80 396 732
71 - 75 637 1369
66 - 70 904 2273
61 - 65 1223 3496
56 - 60 1565 5061
51 - 55 1664 6725
46 - 50 1653 8378
41 - 45 1464 9842
36 - 40 1114 10956
31 - 35 789 11745
0 - 30 800 12545

Ballar üzrə histoqram (2018-ci il, I mərhələ)

İştirakçıların sayı: 12241

Bal intervalları Bakalavrların sayı Bakalavrların cəmi sayı

Bal intervalları Bakalavrların sayı Bakalavrların cəmi sayı
96 - 100 0 0
91 - 95 11 11
86 - 90 36 47
81 - 85 90 137
76 - 80 248 385
71 - 75 487 872
66 - 70 828 1700
61 - 65 1133 2833
56 - 60 1452 4285
51 - 55 1802 6087
46 - 50 1821 7908
41 - 45 1600 9508
36 - 40 1258 10766
31 - 35 789 11555
0 - 30 686 12241

 

Xəbər lenti
0