BAKI, 26 fevral — Sputnik. Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi dünyasını dəyişib. Sputnik Azərbaycan-a bu barədə ADU-nun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı şəhəri Nərimanov rayonu, Əlövsət Əbülrəhimov küçəsi ev 124, mənzil 36-da baş verib. Həmin ünvanda kirayədə yaşayan, ADU-nun I kurs tələbəsi, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı dəm qazından boğularaq ölüb.