BAKI, 16 fevral - Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb.
Sputnik Azərbaycan “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
"Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mərtəbəyə qədər uçub" - deyə agentliyin həmsöhbəti bildirib.
© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidRusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb
Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb
© Sputnik / Aleksandr Galperin
/ Onun sözlərinə görə dağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Binadan 81 tələbə təxliyə edilib, ölən yoxdur.
FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edir.