Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Azərbaycana da təsir edən qarşıdurmanın addım səsləri daha ciddi eşidilir

© AFP 2024 / ATTA KENARETehranda islam inqilabının 40 illiyində İzaril və ABŞ bayraqlarının yandırılması
Tehranda islam inqilabının 40 illiyində İzaril və ABŞ bayraqlarının yandırılması - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da İsrail yönlü administrasiya mövcud olduğundan Vaşinqtonun hansı addım atacağını hesablamaq çətindir

BAKI, 12 fevral — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, ABŞ-ın İranı vuracağı təqdirdə iranlıların Təl-Əvivi və Hayfanı dağıdacaqlarına dair təhdidlərindən qorxmur. Bu barədə Sputnik Azərbaycan "Newsru.com"-a istinadən xəbər verir.

Raketin hədəfə doğru uçuşu - Sputnik Azərbaycan
İran XİN: "İran raket gücünü artırmağa davam edəcək"

"Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm, lakin bunlarla məni qorxutmaq olmaz. Əgər bu rejim faciəvi səhv etsə və Təl-Əviv və ya Hayfanı məhv etməyə çalışsa, bu alınmayacaq. Bu onların inqilabın sonuncu ildönümünü qeyd etdiyi il olacaq. Onlar bunu nəzərə almalıdır" - deyə Netanyahu vurğulayıb.

Qeyd edək ki, iki gün öncə İranda islam İnqilabının 40 illiyi qeyd olunub. İslam İnqilabı Keşişçiləri Korpusunun nümayəndəsi qeyd edib ki, əgər Birləşmiş Ştatlar İrana hücum etməyə cəsarət etsə, bu, Hayfa və Təl-Əvivin yer üzündən silinməsi ilə nəticələnəcək.

İki ölkə arasında münasibətlərin gərginləşməsi belə bir sual doğurur - İsrail İrana hərbi zərbələr endirə bilərmi? Təxmini hesablamalara görə İsrail təyyarələri İrandakı hədəflərə çatmaq üçün 1500 km-dən 1800 km-dək məsafəni qət etməlidir. Özü də İsrail istəyir ki, təyyarələri İrandakı hədəfləri bombalayandan sonra geri dönə bilsinlər. Bu isə ona dəlalət edir ki, bu məsələnin öhdəsindən gəlmək üçün İsrail təyyarələri yanacaq baklarını əlavə olaraq havada doldurmalı olacaqlar.

Havada yanacaqdoldurma əməliyyatını həyata keçirmək üçün İsrailin 10 irihəcmli yanacaq daşıyan “Boeing 707” təyyarəsi var. Ehtimal olunan hədəf isə Arak ağır su istehsalı zavodudur.

İsrailin bütün bu hədəfləri vurmağa qadir olub-olmaması aydın deyil, lakin bu məsələ digər məqama diqqəti çəkir.

Məsələ ondadır ki, İranın bir sıra nüvə obyektləri, o cümlədən, Natanz və Fordudakı obyektlər yeraltı obyekt kimi, yəni möhkəmləndirilmiş obyektlər kimi qurulub. Bu baxımdan, ekspertləri belə bir sual düşündürür - İsrail İranın yeraltı nüvə obyektlərini məhv edə biləcəkmi? İsrail bu məsələnin öhdəsindən gəlmək üçün həmin obyektlərin quruluşu və xüsusiyyətləri barədə kəşfiyyat məlumatlarına malik olmalıdır. Dərin yeraltı obyektlərin vurulmasında ABŞ böyük təcrübəyə malikdir. Bu cür obyektlərə əleyhinə ABŞ GBU-28 bombalarından istifadə edir. Həmin bombaların çəkisi 2,3 tondur. ABŞ bu bombalarla İsraili təchiz edir.

İsrailin özündə dronlar, pilotsuz uçan aparatlar istehsal olunur. Misal üçün İsraildə uzaq məsafələr üçün nəzərdə tutulmuş Heron və Etan dronları istehsal olunur. Həmin təyyarələrdən İran obyektləri barədə məlumat toplamaq və İranın hava əleyhinə müdafiə sistemlərini yoxlamaq, yaxud aldatmaq məqsədi üçün istifadə edilə bilər. Lakin bu cür hərəkət yalnız müəyyən bir əməliyyatın tərkib hissəsi kimi rasional sayıla bilər.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə - Sputnik Azərbaycan
"Azərbaycan-İran əlaqələri qızıl dövrünü yaşayır"

Lakin əgər İsrail İrana havadan zərbə endirsə İslam Respublikasının hava hücumundan müdafiə sistemi nə vəziyyətdədir sualına da cavab tapmaq lazım gəlir. İranın hava hücumundan müdafiə sistemi əsasən Rusiya istehsalı olan silahlara söykənir. Həmin sistemlər isə İsrail pilotları üçün yeni deyil. İranda hələ şah dövründən qalan, ABŞ istehsalı olan müəyyən miqdarda Hawk raketləri də mövcuddur. İranın hava hücumundan müdafiəsinin özəyini Rusiyanın SA-5 tipli raketləri təşkil edir. Həmin raketlər yüksək hündürlükdə uçan obyektləri vura bilir.

Rusiya İranı həm də nisbətən alçaqdan uçan obyektlər əleyhinə Tor-M1/SA-15 sistemləri ilə təchiz edib.

Lakin Moskva İrana müasir S-300 raketlərini verməkdən imtina edir. İranın yer-hava tipli raketləri köhnəlmiş olsa da, hər halda təhlükəli silah olmaqda qalır.

Beləliklə, ehtimal edilən hücum zamanı İsrail təkcə İranı bombalama haqda yox, eləcədə İranın cavab zərbəsindən necə qurtulmaq haqqında da düşünməlidir.

İsrailin hücum zamanı sualtı qayıqlarından da istifadə edəcəyi istisna olunmur. Lakin ekspertlər hesab edir ki, əməliyyata sualtı qayıqların da qoşulması, ümumilikdə hərbi əməliyyatın keçirilməsini və əlaqələndirilməsini mürəkkəbləşdirə də bilər.

İranın hərbi aviasiyasına gəldikdə, İran təyyarələri əsasən şah dövründən qalan ABŞ-ın F-14 və Rusiyanın MİQ-29S təyyarələridir və İsrail analoqlarından geridə qalır. Lakin hər halda bu təyyarələrin də neytrallaşdırılması barədə İsrail düşünməlidir.

Ekspertlərin fikrincə, hətta İsrail İrana planlaşdırdığı kimi zərbələr endirsə də belə, bu zərbə İranın nüvə proqramına ciddi zərər gətirməyəcək. Bu cür zərbə yalnız sabitliyi pozacaq, strateji məqsədlərə isə nail olunmayacaq. Lakin İsrailin hansı niyyətdə olduğu bəlli deyil.

İran elmi-texniki planda zəifdir, amma onun ciddi cavablar imkanı var. İranın İsraillə böyük müharibəyə hazırlığına gəlincə, Tehranın davakar bəyanatlarına baxmayaraq, bu ölkə İsrailə qarşı genişmiqyaslı əməliyyat aparmağa hazır deyil.

İran ordusunun Strateji Araşdırma Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Pordastan - Sputnik Azərbaycan
Bölgədə ara qarışır, İran ordusuna atəş əmri verildi

Məsələ ondadır ki, İranın bölgədə son dərəcə güclənməsi ABŞ və İsraili qıcıqlandırır. ABŞ və İsrail İranın qoşunlarını Suriyadan çıxarmasını tələb edir. İran rəhbərliyinin fikrincə, bu, icrası mümkünsüz tələbdir. İran Suriyada müharibədə on milyardlarla dollar itirib və bunu əldən verə bilməz. Lakin Tehranın ABŞ-İsrail basqısına qarşı durması da çətindir. İsrail ABŞ-ı savaşa cəlb etmək istəyir. Netanyahu bu məqsədlə İranı nüvə proqramını davam etdirməkdə ittiham edir, amma MAQATE daxil olmaqla nüfuzlu beynəlxalq qurumlar bu ittihamları rədd edir. Hazırda ABŞ-da İsrailyönlü administrasiya mövcud olduğundan Vaşinqtonun hansı addım atacağını da hesablamaq çətindir...

Xəbər lenti
0