CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan xeyriyyə aksiyası uğurla başa çatdı

© Sputnik / Murad OrujovВручение подарков детям в рамках благотворительной акции #ЁлкаДоброты
Вручение подарков детям в рамках благотворительной акции #ЁлкаДоброты - Sputnik Azərbaycan
Abunə olmaq
Əziz Əliyev: “Sputnik Azərbaycan artıq ikinci ildir bu layihəni həyata keçirir və bir daha əmin olduq ki, bizim ölkəmizdə təmənnasız yardım etməyi bacaran çox sayda xeyirxah insan var”

BAKI, 28 dekabr – Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşkil etdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası uğurla başa çatıb.

Вручение подарков детям в рамках благотворительной акции #ЁлкаДоброты - Sputnik Azərbaycan
Nağıl gerçək oldu: Talassemiya Mərkəzindəki uşaqların arzuları gerçəkləşdi

Builki layihə çərçivəsində Talassemiya Mərkəzində müalicə alan, yaşı 18-dək olan 120 uşağın arzusu yerinə yetirilib.

Bu işdə öz üzərilərinə Şaxta Babanın missiyasını götürən, uşaqlara hədiyyə almaqla istədikləri isti və pozitiv münasibəti göstərən, ən çox sevilən bayramlardan birinin sevincini yaşadan xeyirxah insanlar kömək edib.

Bu aksiya dekabrın 11-də start götürüb. Talassemiya Mərkəzində müalicə alan, ağır qan xəstəliklərindən - talassemiya və leykozdan əziyyət çəkən uşaqlar öz Yeni il arzularını xüsusi açıqcalara yazıblar və bu açıqcalar Sputnik Azərbaycan-ın "Gənclik Moll" (Ganjlik Mall) Ticarət Mərkəzindəki "Əli və Nino" kitab mağazasında quraşdırdığı #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasını bəzəyib.

Artıq dekabrın 25-də bütün hədiyyələr Sputnik Azərbaycan-ın redaksiyasında toplanıb.

"Biz #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasında iştirak edən insanlara çox minnətdarıq. Sputnik Azərbaycan artıq ikinci ildir bu layihəni həyata keçirir və bir daha əmin olduq ki, bizim ölkəmizdə təmənnasız yardım etməyi bacaran çox sayda xeyirxah insan var. Deməli, bizi əhatə edən mühit getdikcə daha da gözəlləşir" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Yeni il möcüzəsi: Bakılı Şaxta Babalar Talassemiya mərkəzindəki uşaqları sevindiriblər   - Sputnik Azərbaycan
VİDEO
Yeni il möcüzəsi: Bakılı Şaxta Babalar Talassemiya mərkəzindəki uşaqları sevindiriblər

Dekabrın 27-də Talassemiya Mərkəzinin balaca pasientləri öz hədiyyələrini alıblar. Bunun necə baş verdiyinə bizim videoda baxa bilərsiz. 

Bizim builki aksiyamızda kommersiya strukturları, məşhur və adi insanlar - müəllimlər, həkimlər, jurnalistlər, arxitektorlar, mühəndislər, İT mütəxəssisləri, menecerlər və digər peşə sahibləri, eləcə də evdar xanımlar iştirak edib. Şaxta Babalar çoxdur və müxtəlifdir, amma onları birləşdirən vahid dəyərlər var - #YolkaXeyirxahlıqAğacı və sevinc bəxş etmək qabiliyyəti.

Builki aksiyanı dəstəkləyənlər: Baku White City-nin kollektivi; Təranə Əsgərova; Şirin Su brendi; Andrey; Vüqar Həsənov; Nuranə Nəzərova; Fərid; Nigar Rəhimova; FANCY brendi; Milan Məmmədov; Ramin Sadiqov; Ləman; Yelena Ç.; Kəmalə İbrahimova; Gülşən; Samir Mehdiyev; Lalə N.; İlahə həkim; Tovuz; Lalə Nağıyeva; Aişə Aslanova; Cəmilə; Ayşən Məmmədova; Səbinə; Zeynəb Əhmədova; Nəzrin; Günel Əsədova; Xumarə Yaminova; Emil Abdullayev; Ülkər; Nərmin Əliyeva; Leyla; Selin S.; Fərəh A.; Cəmilə C.; Ayan N.; Nəzrin Yunisova; Məryəm; Şəmsiyə Quliyeva; Ayşən; İnarə Cahangirova; Ruslan Əmirov; Səbinə Ağazadə; Məryəm Mayılova; Aytən Quliyeva; Ləman Yusifzadə; eləcə də adalarının açıqlanmasını istəməyən xeyli sayda digər adamlar.

Qeyd edək ki, bu il elə adamlar olub ki, bir dəfəyə 1-2 deyil, bir neçə uşağın arzusunu yerinə yetirib.

Xeyirxahlıq ağacı Sputnik - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəyallar gerçəkləşdi: Sputnik Azərbaycan xəstə uşaqların arzularını çin etdi

Sputnik Azərbaycan aksiyaya dəstək verdikləri üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovaya, Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov və baş tibb bacısı Zərgül Qasımovaya, "Əli və Nino" mağazalar şəbəkəsinə, şəxsən Nigar Köçərli və Oksana Rəfibəyliyə, Ganjlik Mall Ticarət Mərkəzinə xüsusilə təşəkkür edir.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-5-liyinə (LiveInternet-in 28 dekabr 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0