Bu dəfə hədəfimiz Respublika Talassemiya Mərkəzində müalicə alan uşaqların arzularını çin etmək olub. Bu ilk aksiya çərçivəsində 18 yaşına çatmamış və ağır xəstəliklərdən əziyyət çəkən 120 uşaq öz istəklərini Sputnik Azərbaycan-ın açıqcalarına qeyd ediblər. Bu açıqcalar “Ganjlik Mall” alış-veriş mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” mağazasında bayram yolkasından asılıb. Hər kəs bu açıqcaları götürüb, uşaqların arzularını yerinə yetirmək və Şaxta Baba libasına bürünmək şansı əldə edib.
Bu il də biz uşaqların yaxşılığa, insan xeyirxahlığına və Şaxta Babaya olan inamlarını qoruya bilmişik. Arzumuz isə birdir, kaş onların bu inamı heç vaxt itməsin! Çünki xeyirxahlığın həddi-hüdudu olmur.