Nağıl gerçək oldu: Talassemiya Mərkəzindəki uşaqların arzuları gerçəkləşdi

© Sputnik / Murad OrujovВручение подарков детям в рамках благотворительной акции #ЁлкаДоброты
Вручение подарков детям в рамках благотворительной акции #ЁлкаДоброты - Sputnik Azərbaycan
Abunə olmaq
Xeyirxah insanlar Şaxta Baba obrazında xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə gətirdilər və onlara böyük sevinc bəxş etdilər. #YolkaXeyirxahlıqAğacı aksiyası uğurla başa çatdı.

BAKI, 28 dekabr — Sputnik. Talassemiya Mərkəzində müalicə alan 120 uşağın arzuları uğurla yerinə yetirilib: Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun ağır xəstəliklərdən - talassemiya və leykozdan əziyyət çəkən uşaqlara hədiyyələrin toplanması məqsədilə təşkil etdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb.

Bu işdə öz üzərilərinə Şaxta Babanın missiyasını götürən, uşaqlara hədiyyə almaqla istədikləri isti və pozitiv münasibəti göstərən, ən çox sevilən bayramlardan birinin sevincini yaşadan xeyirxah insanlar kömək ediblər.

Talassemiya Mərkəzində müalicə alan, ağır qan xəstəliklərindən - talassemiya və leykozdan əziyyət çəkən uşaqlar öz Yeni il arzularını xüsusi açıqcalara yazıblar və bu açıqcalar Sputnik Azərbaycan-ın "Gənclik Moll" (Ganjlik Mall) Ticarət Mərkəzindəki "Əli və Nino" kitab mağazasında quraşdırdığı #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasını bəzəyib.

© Sputnik / Murad Orujov#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb
Nağıl gerçək oldu: Talassemiya Mərkəzindəki uşaqların arzuları gerçəkləşdi - Sputnik Azərbaycan
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb

"Biz #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasında iştirak edən insanlara çox minnətdarıq. Sputnik Azərbaycan artıq ikinci ildir bu layihəni həyata keçirir və bir daha əmin olduq ki, ölkəmizdə təmənnasız yardım etməyi bacaran çox sayda xeyirxah insan var. Deməli, bizi əhatə edən mühit getdikcə daha da gözəlləşir" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Dekabrın 27-də xeyriyyə aksiyası uğurla başa çatıb və Agentliyin əməkdaşları hədiyyələri Talassemiya Mərkəzinin pasientlərinə çatdırıblar. Bunun necə baş verdiyini bizim videoda izləyə bilərsiniz.

#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası bir daha göstərdi ki, bizim nağıl dünyasından gələn "Şaxta babalar"ımız reallıqda başqalarının üzləşdiyi bəlaya həssaslıqla yanaşmağı bacarır, uşaqların arzularını yerinə yetirərək onlara əsl möcüzə bəxş edirlər.

Bizim builki aksiyamızda kommersiya strukturları, məşhur və adi insanlar - müəllimlər, həkimlər, jurnalistlər, arxitektorlar, mühəndislər, İT mütəxəssisləri, menecerlər və digər peşə sahibləri, eləcə də evdar xanımlar iştirak ediblər. Şaxta Babalar çoxdur və müxtəlifdir, amma onları birləşdirən vahid dəyərlər var - #YolkaXeyirxahlıqAğacı və sevinc bəxş etmək qabiliyyəti.

© Sputnik / Murad Orujov#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb
Nağıl gerçək oldu: Talassemiya Mərkəzindəki uşaqların arzuları gerçəkləşdi - Sputnik Azərbaycan
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb

Builki aksiyanı dəstəkləyənlər: “Baku White City”nin kollektivi; Təranə Əsgərova; “Şirin Su” brendi; Andrey; Vüqar Həsənov; Nuranə Nəzərova; Fərid; Nigar Rəhimova; “FANCY” brendi; Milan Məmmədov; Ramin Sadiqov; Ləman; Yelena Ç.; Kəmalə İbrahimova; Gülşən; Samir Mehdiyev; Lalə N.; İlahə həkim; Tovuz; Lalə Nağıyeva; Aişə Aslanova; Cəmilə; Ayşən Məmmədova; Səbinə; Zeynəb Əhmədova; Nəzrin; Günel Əsədova; Xumarə Yaminova; Emil Abdullayev; Ülkər; Nərmin Əliyeva; Leyla; Selin S.; Fərəh A.; Cəmilə C.; Ayan N.; Nəzrin Yunisova; Məryəm; Şəmsiyə Quliyeva; Ayşən; İnarə Cahangirova; Ruslan Əmirov; Səbinə Ağazadə; Məryəm Mayılova; Aytən Quliyeva; Ləman Yusifzadə; eləcə də adalarının açıqlanmasını istəməyən xeyli sayda digər insanlar.

Qeyd edək ki, bu il elə adamlar olub ki, bir dəfəyə 1-2 deyil, bir neçə uşağın arzusunu yerinə yetirib.

© Sputnik / Murad Orujov#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb
Nağıl gerçək oldu: Talassemiya Mərkəzindəki uşaqların arzuları gerçəkləşdi - Sputnik Azərbaycan
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası məhz belə yekunlaşıb

Sputnik Azərbaycan aksiyaya dəstək verdikləri üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovaya, Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov və baş tibb bacısı Zərgül Qasımovaya, "Əli və Nino" mağazalar şəbəkəsinə, şəxsən Nigar Köçərli və Oksana Rəfibəyliyə, Ganjlik Mall-a xüsusilə təşəkkür edir.

Əziz dostlar! Sputnik Azərbaycan-ın kollektivi sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Qoy sizin həyatınızda həmişə onu gözəlləşdirəcək gerçək möcüzələr baş versin!

Xəbər lenti
0