CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda azərbaycanlıların etiraz aksiyalarının arxasında kim dayanır?

© ReginfoАкция протеста на дороге Ахмета-Телави в Грузии
Акция протеста на дороге Ахмета-Телави в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
"Etiraz aksiyalarının arxasında heç bir siyasətçi dayanmır. Bu adamların tələblərini qorumaq hüququ var. Bu gün dövlət onların yanında olmalıdır, amma onlardan imtina edir"

BAKI, 16 dekabr — Sputnik, Ramella İbrahimxəlilova. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Vahid milli hərəkat" (VMH) partiyası ölkədə vəziyyəti gərginləşdirməyə çalışır və ona görə də sadə vətəndaşların məişət problemləri ilə səsləndirdikləri narazılıqlardan istifadə edir. 

Bu fikri Sputnik Azərbaycan-a qonşu ölkədə soydaşlarımızın iştirakı ilə baş verən kriminal hadisələri şərh edən Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev səsləndirib. 

Gürcüstan və Azərbaycan mediasının məlumatına görə, dekabrın 11-də Gürcüstanın Bolnisi rayonunda 13 yaşlı İsmayıl Bədəlov keçinib. Yeniyetmə həmyaşıdı tərəfindən döyüldükdən sonra bir ay komada qalıb.

Кандидат в президенты Грузии Саломе Зурабишвили  - Sputnik Azərbaycan
Salome Zurabişvili Gürcüstanın ilk qadın prezidenti oldu

İsmayılın atası Hidayət Bədəlov jurnalistlərə oğlunun evə ağır vəziyyətdə gəldiyini deyib. İsmayıl evdə möhkəm baş ağrısından şikayətlənib və valideynləri təcili yardım çağırıblar. Həkim iynə vurduqdan sonra yeniyetmə komaya düşüb. Atası oğlunun ölümündə günahkar olan şəxsin hələ də azadlıqda olmasından narazıdır və ona görə KİV-ə müraciət edib. Polisdə ataya başa salıblar ki, günahkarın yaşı onu cinayət məsuliyyətinə cəlb etməyə imkan vermir. 

Ölümlə nəticələnmiş digər hadisə Marneuli rayonunun Kəpənəkçi kəndində baş verib. Noyabrın 4-də 17 yaşlı azərbaycanlı Emin İsmayılov Rustavi - Sınıq körpü şosesində yol qəzasına düşərək daha sonra xəstəxanada keçinib. İsmayılovun yaxınları onun ölümündə həkimləri günahlandırırlar. Dekabrın 12-də onlar fakt üzrə ciddi araşdırma aparılması və günahkarların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçiriblər. 

Əli Babayevin sözlərinə əsasən, Gürcüstanda hər məişət xarakterli kriminal hadisəyə görə etiraz aksiyası keçirmək dəb xarakteri alıb. O hesab edir ki, bu aksiyaların arxasında iğtişaş törrətmək istəyən müxalifət dayanır: "Tbilisidə xüsusi əməliyyat zamanı terrorçularla əlaqəli olan çeçen öldürülmüşdü. Onun atası parlamentin qarşısında aksiya keçirirdi. Sonra 51 saylı orta məktəbdə şagirdlər arasında dava oldu və nəticədə yeniyetmə öldü. Bu uşaqların ataları artıq neçə vaxtdır parlamentin qarşısında etiraz aksiyası keçirirlər. Onlar müxalifət dəstəkləyir və müxtəlif tələblərə sövq edir. Lakin bu problemlərin həll olunması üçün qanunla müəyyən olunmuş normalar var". 

Gürcüstan polisi - Sputnik Azərbaycan
Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma oldu

Onun fikrincə, kriminal hadisələri və məişət münaqişələrini siyasiləşdirmək olmaz: "Əgər azərbaycanlıların haqları pozulursa, onda Milli konqresə müraciət etsinlər və onlara kömək ediləcək". Babayev olanlara görə "Vahid milli hərəkat" partiyasını günahlandırıb. 

Lakin bu partiyadan deputat olan Azər Süleymanov Babayevi təkzib edib. 

"Birincisi, Əli Babayevin rəhbərlik etdiyi konqres yoxdur. O konqresi özündən uydurub. Əgər onun arxasında bir azərbaycanlı yoxdursa, hansı konqresdən söhbət gedə bilər? Bunu Babayevdən soruşmaq lazımdır. O "Gürcü arzusu"nda da yoxdur, siyasi şuradan qovulub", - deyən Süleymanov Babayein həmişə azərbaycanlıların maraqlarının əleyhinə çıxış etdiyini bildirib. 

O həmçinin övladlarını itirmiş ataların yerinə olmağı heç kimə arzulamadığını vurğulayıb. "Biz müxalifət partiyası olaraq anlaşılmazlıq olmasın deyə hətta zərərçəkmiş azərbaycanlılarla əlaqə qurmamışıq ki, hadisələri siyasiləşdirməyək. Etiraz aksiyalarının arxasında heç bir siyasətçi dayanmır. Bu adamların tələblərini qorumaq hüququ var. Bu gün dövlət onların yanında olmalıdır, amma onlardan imtina edir. Babayev isə öz mövqeyi ilə cinayətkarları dəstəkləyir", - deputat bildirib. 

Gürcüstanlı soydaşlarımızın miqrasiya sahəsindəki problemlərinə həsr olunmuş tədbir - Sputnik Azərbaycan
Gürcüstan azərbaycanlıları kütləvi şəkildə Türkiyəyə üz tuturlar

Süleymanov həmçinin Gürcüstanın Marneuli rayonunun keçmiş icra başçısıTemur Abazovun həbsindən də danışıb. Onun sözlərinə görə, hakim partiyadan olmasına baxmayaraq, Abazov məhz azərbaycanlı olduğuna görə həbs olunub.

"Məni də həbs etmək istəyirdilər, lakin deutat toxunulmazlığım var. Abazova qarşı isə narkomanın birini qoydular və qeyri-qanuni əməllərdə ittiham etdilər. Niyə heç kim bu barədə danışmaq istəmir?", - deputat deyib.

Temur Abazov dekabrın 13-də 10 min lari (4 min dollar) qarşılığında zaminə buraxılıb. Onu iyulun 13-də Gürcüstan CM-nin 144-cü maddəsi ilə (qeyri-insani və alçaldıcı rəftar) saxlamışdılar. Abazov sosial şəbəkədə yayılmış videolarla bağlı saxlanmışdı. Videoların birində müxalifət nümayəndəsi Elçin Allahverdiyevin Abazovu və Bidzina İvanişvilini təhqir etməsi görünür. İkinci videoda isə bir qrup kişi Allahverdiyevi alçaldır. Bu şəxslərə videoda görünən Abazovun göstəriş verdiyi güman olunur.

Xəbər lenti
0