Salome Zurabişvili Gürcüstanın ilk qadın prezidenti oldu

© Sputnik / Alexander ImedashviliКандидат в президенты Грузии Саломе Зурабишвили
Кандидат в президенты Грузии Саломе Зурабишвили  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili seçicilərin 59,56 faizinin səsini toplayıb

BAKI, 29 noyabr - Sputnik. Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.

Sputnik Gürcüstan xəbər verir ki, rəsmi nəticələrə əsasən Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili seçicilərin 59,56 faizinin səsini toplayıb.

Экс-министр Саломе Зурабишвили - Sputnik Azərbaycan
Gürcüstan yeni prezidentini seçdi

Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.

Salome Zuribaşvili 18 mart 1952-ci ildə Fransanın paytaxtı Parisdə anadan olub. O, 1921-ci ildə Gürcüstanı tərk etməyə məcbur olan gürcü siyasi emiqrant ailəsi Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində doğulub.

Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə isə ABŞ-da Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyinin sistemində işə başlayıb.

O, 2001-2003-cü illərdə Fransa Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və strategiya üzrə baş katibliyinin sədri olub. 2003-cü ildə Fransanın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri təyin olunub. 2004-cü ilin martında Gürcüstan prezidenti seçilən Mixail Saakaşvili Zurabişvilini xarici işlər naziri təyin edib və o, bu vəzifəni iki il icra edib.

Zurabişvili 2010-cu ilin noyabrında siyasətdən getdiyini bildirərək, "Gürcüstanın yolu" partiyasında sədrliyi Kaxe Seturidzeyə ötürüb. O bildirib ki, Gürcüstanda demokratiya olmadığı üçün belə bir qərar verib.

Lakin 2018-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb. Hakim "Gürcü arzusu" partiyası və onun sədri milyarder Bidzina İvanaşvili seçkiqabağı kampaniyada dəfələrlə onu dəstəklədiyini bildirib və Zurabişviliyi maliyyə yardımı edib.

Xəbər lenti
0