CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə icraçısının sahə müvəkkilinə telefon zəngi münaqişəyə səbəb olub

© pixabay / AmbermbРебенок
Ребенок - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyranbatan məktəbinin 1-ci sinif şagirdi atasının ucbatından stress yaşayır

BAKI, 10 dekabr — Sputnik. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində arvadından boşanmış kişi altı yaşlı qızını məktəbin binasında görmək istəyib. Nəticədə uşağın psixoloji vəziyyətinə şiddətli təsir göstərən münaqişə baş verib. Bu barədə Sputnik Azərbaycan-a məktəblinin anası, 1977-ci il təvəllüdlü Ceyranbatan sakini Elmira Ağayeva məlumat verib.

Ноги женщины и мужчины, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Xəyanət bəzən ailəni möhkəmləndirir”

Ağayevanın sözlərinə görə, o, Əsədov Ramil Bəhlul oğlu ilə 10 il birgə yaşayıb. Bu nikahdan onların bir oğlu və bir qızı doğulub.

"Mən nikahda olduğum bütün bu illər ərzində xoşbəxt deyildim, amma dözürdüm, boşanmırdım. Düşünürdüm ki, əgər boşansam, camaat nə deyər?! Amma bütün bu illər ərzində atamın evində yaşayırdım. 2013-cü ildə Ramili Sankt-Peterburqda qrup şəklində soyğunçuluq törətmək faktı üzrə həbs etdilər. Ondan sonra mən rəsmən boşandım. Qızım onda 1 yaş 2 aylıq idi, oğlum isə ondan böyükdür. Onun valideynlərindən heç kim mənə kömək etmədi və o, boşanmanın əleyhinə olmadı" - Ağayeva deyir.

Bir ildən sonra Əsədov həbsdən azad edilib və keçmiş arvadı ilə uşaqlarının yanına qayıdıb. Ağayevanın sözlərinə görə, əri ona deyib ki, boşanmalarına baxmayaraq, onu xoşbəxt olmağa qoymayacaq. 2014-cü ildə Əsədov oğlunu məktəbdən oğurlayaraq özü ilə aparıb. Həmin vaxt oğlanın hələ 10 yaşı yox imiş.

"Mən onda hələ rayonda yaşayırdım. Onların evlərinə getdim, polisə şikayət etdim, oğlumu qaytarmağa cəhd göstərdim, amma heç kəs mənə qulaq asmadı. Qanuna görə, onlar uşağın 10 yaşının tamam olmasını gözləməli idilər ki, uşaq kimin yanında - anası, yoxsa atası ilə qalmaq istədiyini seçsin. Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iki dəfə ekspertiza təyin edib. Nəticədə uşağın atası və onun qohumları oğlana psixoloji təzyiq göstəriblər. Lakin üç ay keçəndən sonra məhkəmə bu əhəmiyyətli məqamları nəzərə almadan, atanın xeyrinə qərar çıxardı" - Ağayeva bildirib.

Sonra Əsədov və onun anası Beyləqan Rayon Məhkəməsinə müraciət edərək qızı görmək istədiklərini bildiriblər. 27 dekabr 2017-ci il tarixində məhkəmə atanın qızını şənbə günləri saat 11:00-dan 16:00-dək görməsinə icazə verilməsinə dair qərar çıxarıb.

Lakin Əsədov məhkəmənin qərarına baxmayaraq, qızını həftənin cümə günləri görmək istəyib. Bunun üçün o, qızın anasından xəbərsiz məktəbə gedib. Məktəbin dərs hissə müdiri və müəllimi isə, birinci sinif şagirdinin əvvəllər heç vaxt görmədikləri kişi ilə təklikdə qalmasına icazə verməyiblər. Ağayeva məktəbin işçilərinə xəbərdarlıq edib ki, onlar dərsdən sonra uşağı ondan başqa heç kəsə verməsinlər. Bundan qəzəblənən Əsədov məktəbdə hay-küy salıb. İşə polis sahə müvəkkili Nəcəf Heydərov qarışmalı olub.

Klassik Azərbaycan ailə modelinin təbliği layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan gənclərindən ailələrlə bağlı orijinal fləşmob

Nəcəf Heydərov isə öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, ata ilə uşağın görüşü sahə müvəkkilinin yanında baş tutub. Onun sözlərinə görə, Beyləqan rayon məhkəmə qərarlarının icraçısı zəng edərək deyib ki, məhkəmənin qərarına görə, Əsədov qızı ilə görüşmək hüququna malikdir. Lakin görüşmə mexanizmi barədə məhkəmə qərarında heç nə qeyd edilməyib.

"Sonra məhkəmə qərarlarının icrasına nəzarət şöbəsinin əməkdaşları mənimlə əlaqə yaradaraq, məsələyə qanuni izahat verdilər. Qanuna görə, əgər valideyn könüllü şəkildə məhkəmənin qərarına məhəl qoymaq istəmirsə, onda qərarın icrası məhkəmə icraçılarının iştirakı ilə ərazidə həyata keçirilir. Yalnız məhkəmə icraçısı məhkəmə qərarını icra etmək hüququna malikdir" - deyə sahə müvəkkili bildirib.

Ramil Əsədov özü isə Sputnik Azərbaycan-a bildirib ki, dörd il qızını görməyib və məhkəmə qərarının icra olunacağını gözləməkdən yorulub. Dediyinə görə, onun uşağını görməyə tamamilə haqqı çatır.

Bununla yanaşı, Əsədov deyib ki, qızının ögey atanın yanında yaşadığı fikri onun ürəyini parçalayır: "Mən arvadımı bura evimə gətirə bilmərəm, o, artıq özünə ər tapıb. Mən bunu qəbul edə bilmirəm. Bu yad kişidir, ondan nə desən, gözləmək olar".

İşin materialları ilə tanış olan məşhur hüquqşünas Həsən Həsənov Sputnik Azərbaycan-a bildirib ki, uşaqların taleyi ilə bağlı olan məhkəmə qərarlarını icra etmək çox çətindir: "Bu proses onun iştirakçısı olanların psixoloji aspektləri ilə sıx əlaqədardır və bu, mütləq nəzərə alınmalıdır. Nəticədə, bir-birinə qarşı nifrət, xəyal qırıqlığı, hiddət hiss edən boşanmış valideynlərin münasibətləri uşaqlara da yansıyır. Uşaqların bu səbəblərə görə əziyyət çəkməsinə icazə verilməməlidir. Ona görə də bu məsələdə qanunun hər bir hərfinə riayət etmək lazımdır".

Волосы девушки развеваются на ветру - Sputnik Azərbaycan
HADİSƏ
Ailə münaqişəsi zəminində evdən qaçdı

"Lakin burada qanun pozuntusu onunla əlaqədardır ki, əvvəla, Beyləqan rayon icra orqanından müvafiq orqana rəsmi bildiriş daxil olmalı idi. Burada isə sadəcə bir telefon zəngi nəticəsində polis işə müdaxilə edib ki, onun da məhkəmə qərarının məzmunu barədə heç bir fikri olmayıb. Bir polis əməkdaşının məhkəmə qərarının icrasına müdaxiləsi yolverilməzdir" - Həsənov deyib.

Hüquqşünas əlavə edib ki, Ağayeva bu ilin mayında apellyasiya instansiyasına Beyləqan Rayon Məhkəməsinin qızının atası ilə görüşməyə icazə verən qərarından şikayət ünvanlayıb: "Şikayət ünvanlanan vaxt vətəndaşın birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət keçməyib. Rayon məhkəməsi Apellyasiya Məhkəməsinə şikayət etməsi üçün Ağayevaya çıxardığı qərarın surətini təqdim edib. Lakin sonradan məlum olub ki, bu, prosedur səhvdir. Qərarı Apellyasiya Məhkəməsinə sorğu əsasında Beyləqan Məhkəməsi göndərməlidir".

"Lakin bu günə qədər Beyləqan məhkəməsi bunu etməyib. Üstəlik, nə qədər ki, birinci instansiya məhkəməsinin qərarından digər məhkəməyə şikayət ünvanlanıb, ikinci məhkəmə müvafiq qərar çıxarmayana qədər, birinci məhkəmənin hökmü icra edilə bilməz. Bu səbəbdən də Beyləqan məhkəmə qərarlarının icraçıları hələlik ata ilə qızın görüşdürülməsi barədə hökmün icrasını təxirə salmalı idi. Odur ki, məhkəmə icraçısının Əsədovu 6 yaşlı qızı ilə görüşdürmək istiqamətindəki bütün hərəkətləri qanunsuz sayılır" - Həsənov vurğulayıb.

Xəbər lenti
0