CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Xəyanət bəzən ailəni möhkəmləndirir”

CC0 / StockSnap / PeopleНоги женщины и мужчины, фото из архива
Ноги женщины и мужчины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq qeyd edir ki, bütün əlamətlərin müşahidə edilməsi belə, qarşı tərəfin xəyanət etdiyinə əminlik yaratmamalıdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Aldatmaq və xəyanət, demək olar ki, insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktualdır. Həmçinin insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olub. Son dövrlərdə isə qadın xəyanətləri daha çox aktuallaşıb. Buna səbəb kimi isə qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal iştirak etməsi göstərilir. Həmçinin kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar səbəb gətirilir.

Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsa da, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi onlayn söhbət və ya emosional yaxınlıq belə, aldatma kimi qəbul edilə bilir.

Adnan Oktarın həbsi, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
Xəyanət ardınca xəyanət – Ən yaxın dostu da onu satdı

Psixoloq-konsultant Zeynəb Əyyubova Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, xəyanət əsrin ən böyük bəlalarından biridir. Xəyanət indiki dövrdə o qədər aktuallaşıb və gündəmə gəlib ki, artıq demək olar, hər evə siraət edib.

Psixoloq xəyanətin səbəblərinə də aydınlıq gətirib: “Nəzərə alsaq ki, xəyanət iki növ olur, fiziki və mənəvi xəyanət. Bu səbəbdən də qadın ilə kişi xəyanəti tamam başqa səbəblər ucbatından edir. Statistikaya görə, kişilər dəb halı aldığı və özlərini özgüvənli hiss etmək üçün xəyanət edir. Qadinlar isə qayğı, diqqət, sevgi əskikliyindən dolayı xəyanət edirlər".

Z.Əyyubovanın sözlərinə görə, xəyanəti hiss etməyin bir neçə yolu var: "Evdən kənarda daha çox vaxt keçirmək, həyat yoldaşınızın əvvəlki kimi olmaması, yeməyi, geyim tərzi, yuxu sisteminin dəyişilməsi və s. həyəcan siqnalı ola bilər. Cinsi münasibətdə dəyişiklik varsa, bu da aldatmanın əlaməti ola bilər. Həftə sonları iş gəzintiləri bəhanələri, tez-tez lazımsız yerə yalan danışması, telefonunu gizlətməsi ilə də xəyanəti hiss etmək olar".

Adnan Oktarın yaxşı vaxtları, arxiv şəkli - Sputnik Azərbaycan
Dünya belə dünyadı: Adnanın "kedicikləri" ona xəyanət edib

Psixoloq, xüsusilə vurğulayır ki, bütün bu əlamətlərin müşahidə edilməsi qarşı tərəfin xəyanət etdiyinə əminlik yaratmamalıdır. Çünki bütün ailələr individualdır və xüsusi yaşayış tərzi var.

"Aldadıldınız və pis oldunuz. Özünüzü çox aciz hiss etdiniz, incindiniz və çox böyük şok yaşadınız. Aldadıldıqdan sonrakı həyat budur. Statistikaya görə, ən çox boşanma hallarında səbəb xəyanət olaraq göstərilir. Lakin xəyanət boşanmağa vasitə olmur, sadəcə dolmuş bir qəlbin, bezmiş bir ruhun artıq bu ailədən ümidi qalmadığına təkan verir. Bütün problemlərlə dolu bir ailə, üstəlik xəyanət yükünü də qaldıra bilmir və adekvat cavab olaraq ailə dağılır” - deyə psixoloq qeyd edir.

O bildirir ki, xəyanətə görə boşanmaq üçün iddia ərizəsi yazan xanımların əksəriyyəti xəyanətdən daha çox kişinin ona yaşatdıqlarından danışır. Ancaq görünən tərəf təkcə xəyanət olur.

Avtomat silah - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda dəhşətli qətlin gizlinləri: ərinə xəyanət edən gəlinə vaxt qoyulubmuş

Müsahibimiz, həmçinin bildirir ki, xəyanət bəzən ailəni möhkəmləndirir: “Xəyanət bəzən illərlə monotonlaşmış bir ailəyə vurulmuş şillə kimi olur. İllərin yorğunu olan ailələrə xəyanətdən sonra bəzən həyəcan, ehtiras, sevgi, diqqət qayıdır. İtirmə qorxusu yarandığından bir-birilərinə daha çox sahib çıxırlar. Bəzən əvəzolunmaz olduğunu hiss edən insan gözləmədiyi anda xəyanətlə üzləşir. Və bu silkələnmə nəticəsində qadın sanki yenidən özünə qayıdır. Qadın özünə baxır, diqqət göstərir, diyetə başlayır. İllərlə yaşamadığı və ya yaşatmadığı ehtiras hissini ailəyə qaytarır”.

“Psixoloji terminlə desək, bəzən xəyanət bir çox problemləri korreksiya edir. Və sonda iki tərəf özlərinə uyğun səhvlərə görə peşman olurlar" – deyə Zeynəb Əyyubova əlavə edir.

Xəbər lenti
0