Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Şəki rayonunda xoşagəlməz hadisə baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Daşbulaq kənd sakini Çiçək Məmmədovanın itkin düşməsi ilə bağlı ailə üzvləri tərəfindən rayon hüquq-mühafizə orqanlarına məlumat verilib.
Sonradan məlum olub ki, 20 yaşlı gənc qız ailə münaqişəsi zəminində evi tərk edib Yevlax rayonuna gedibmiş.
Qadın bir neçə gündən sonra evə qayıdıb. O hazırda ailəsinin yanındadır.