SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə XİN: Vəliəhd şahzadə Ərdoğandan görüşməyi xahiş edib

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidЗаместитель наследного принца королевства Саудовская Аравия и министр обороны Мухаммад бин Салман Аль Сауд
Заместитель наследного принца королевства Саудовская Аравия и министр обороны Мухаммад бин Салман Аль Сауд - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 27 noyabr — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salman prezident Rəcəb Tayyib Ərdoğandan "G-20" sammitində görüşmək istəyib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çavuşoğlu "Suddeutsche Zeitung" nəşrinə müsahibəsində bildirib.

"Bəli, o Ərdoğandan telefonda Buenos – Ayresdə görüşə biləcəklərini soruşub. Ərdoğan ona cavab verib: "Baxarıq", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salmanın jurnalist Camal Qaşıqçının İstanbulda Səudiyyə ərəbistanında qətlə yetirlməsindən xəbərdar ola biləcəyini bildirib. 

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Donald Tramp Qaşıqçı olayı ilə bağlı yeni iddia irəli sürüb

"Mən Trampın niyə belə dediyini bilmirəm... Mən amerikalıların bizim bilmədiyimiz sübutlarının da olduğunu bilmirəm. Biz əmin olmalıyıq".

Daha əvvəl Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0