Donald Tramp Qaşıqçı olayı ilə bağlı yeni iddia irəli sürüb

© REUTERS / Leah MillisПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp: "Səudiyyə şahzadəsi Qaşıqçının öldürülməsi barədə bəlkə də bilirdi"

BAKI, 21 noyabr - Sputnik. ABŞ prezidenti Donald Tramp güman edir ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman krallığın İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini bilib.

Bu barədə "Report" xəbər verir.

"Bizim kəşfiyyat orqanımız bütün məlumatları qiymətləndirməkdə davam etdirəcək, lakin tamamilə mümkündür ki, vəliəhd şahzadə bu faciəli hadisəni bilib. Bəlkə bilirdi, bəlkə də yox", - Trampın açıqlamasında deyilir. 

"Camal Qaşıqçıya qarşı cinayət dəhşətlidir və ölkəmiz bunu bəyənmir", - deyə Tramp əlavə edib.

Ağ Ev rəhbəri xatırladıb ki, ABŞ Səudiyyə Ərəbistanının qətli törətməkdə şübhəli bilinən 17 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd qətldən məlumatlı olduqlarını inkar ediblər.

Xəbər lenti
0