“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

© AFP 2024 / Virginia MayoCamal Qaşıqçı
Camal Qaşıqçı - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-a telefon zənginin detalları açıqlanıb

BAKI, 2 noyabr — Sputnik. Səudiyyə şahzadəsi Məhəmməd İbn Salman Ağ Evlə telefon danışıqlarında Camal Qaçıqçının qatı islamçı olduğunu söyləyib. Sputnik Azərbaycan bu barədə bbc.com-a istinadən xəbər verir. 

Telefon danışığında şahzadə Camal Qaşıqçının transmilli islamçı təşkilat olan “Müsəlman Qardaşlığı”nın üzvi olduğunu deyib. O, həmçinin “Wahsington Post” və “New York Tmes”da yazılan məlumatları rədd edib. O, Ağ Evi Səudiyyə Ərəbistanla yaranan ittifaqı qorumağa səsləyib.

Qeyd edək ki, Səudiyyə şahzadəsi ilə ABŞ arasında bu telefon zəngi jurnalistin yoxa çıxmasından bir həftə sonra — 9 oktyabrda olub.

Xəbər lenti
0