Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdakı şok qalmaqalın şahidləri danışdılar: "Deyir ki, səni öldürüb, nəslini kəsəcəm"

© Photo : Facebook / Rza RzayevRza Rzayev
Rza Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Nizami Rayon Məhkəməsinin qarşısında əlbəyaxa dava olub. 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev, uzun müddətdir aralarında münaqişə yaşanan aktyor Rza Rzayev tərəfindən döyülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
HADİSƏ
Direktoru "nəslini kəsməklə" hədələyən aktyor barəsində araşdırma başladı - VİDEO

Hadisə şahidləri, həmçinin Təhsil Nazirliyi də bu məlumatı təsdiqləyib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov davada döyülən direktorun vəziyyətinin ağır olduğunu bildirib.

Bakı Şəhəri üzə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu hadisənin böyük qınaqla qarşılandığını deyib: "Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır. Bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır".

"Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb. Bu məsələ Təhsil Nazirliyinin rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq" - deyə B.Məmmədov bildirib.

Уголовный кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Direktorun "nəslini kəsən" aktyor barədə: "Vəzifəli şəxsi təhqir və təhdid edib"

Hadisə şahidi Ülvi Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında Tural Mirzəliyevin Rza Rzayev tərəfindən hər zaman hədələndiyini söyləyib: "Artıq neçənci məhkəmə prosesidir ki, Rza Rzayev Tural Mirzəliyevi ailəsi ilə təhdid edir. Deyir ki, "səni öldürüb, nəslinin-kökünün axırına çıxacağam". Onu kəsib-doğramaqla hədələyir. Rza Rzayev Tural Mirzəliyevin ailəsinin də təhlükədə olduğunu söyləyir. Tural Mirzəliyevin ünvanına təhqiramiz və nalayiq sözlər səsləndirir".

"Ötən gün də dayandığı yerdə Tural Mirzəliyevi vurdu. Buna baxmayaraq, direktor ona bir barmaq belə, toxundurmadı. Təəssüflər olsun ki, mediaya çıxışı olduğu üçün Rza Rzayev bir sıra media orqanlarında hadisə ilə əlaqədar yalan informasiya yaydırır. Deyir ki, guya qolu sınıb. Halbuki heç kəs onu vurmayıb" – Ü.Quliyev əlavə edib.

Şahidin sözlərinə görə, hadisə baş verərkən polis ərazidə olmayıb. Polisə bu haqda sonradan məlumat verilib.

Ü.Quliyevin qeyd edib ki, ötən gün baş verən hadisədən sonra Rza Rzayevlə bir neçə dəfə qarşılaşıblar: "Dünən baş verən hadisə zamanı Rza Rzayevi ayırmaq üçün müdaxilə etdim. Bu zaman mənə də zərbə endirdi, üzümdən zədə aldım. Dünən isə onunla bir neçə dəfə polis bölməsi və xəstəxanada rastlaşmışıq. O da 2 saylı Respublika Klinik Xəstəxanaya müayinəyə gəlmişdi. Bizi gördükdə yenə də təhdidlərini yağdırdı".

Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
Aktyorun döydüyü direktorla bağlı açıqlama gəldi - RƏSMİ

Hazırda xəstəxanada olan direktorun yaxını Vüqar Hüseynov isə son vəziyyət haqda məlumat verdi: "Direktorun vəziyyəti ağırdır. Ötən gün baş verən hadisə ilə əlaqədar olaraq kəllə-beyin travması alıb, huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Aldığı zədə səbəbindən ürəkbulanması var. Bu gün də bir neçə dəfə qusub. Heç nə danışmır, halı yoxdur. Artıq polislər də burdadır. Hazırda Nizami Rayon Polis İdarəsinin əməkdaşları bura gəldiyi üçün bizi də ərazidən uzaqlaşdırırlar".

Hadisə ilə bağlı hüquqşünas Elvin Səlimovun mövqeyini də öyrəndik. O bildirdi ki, baş vermiş hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə, yəni xuliqanlığa görə, cinayət işi açıla bilər: "Xuliqanlıq maddəsi ictimai qaydanın kobud sürətdə pozulmasıdır. İctimai qaydanın pozulması halı baş verməyibsə, sadəcə tərəflər arasında qarşılıqlı münasibətlər zəminində yaranmış mübahisədən doğan fiziki zor tətbiqetmə olubsa, bu zaman həmin şəxs digər maddələrlə məsuliyyətə cəlb oluna bilər".

"Bu halda şəxs Cinayət Məcəlləsinin 126,127 və 128-ci maddələri ilə ittiham oluna bilər. Zərərçəkmişin sağlamlığına yüngül zərərvurma müşahidə edilibsə, bu zaman Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılacaq. Zərərçəkmişə az ağır xəsarət yetirilibsə, Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə, ağır xəsarət yetirildiyi təsdiqlənərsə, 126-cı maddəsi ilə şəxsin barəsində cinayət işi başlanılacaq" – deyə hüquqşünas əlavə etdi.

Ötən gün baş vermiş sözügedən hadisə ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək cəhdimiz də uğursuz alındı. Aktyor Rza Rzayev telefon zəngimizə cavab versə də, hazırda dəfn mərasimində olduğunu, yaxın 1-2 saat ərzində danışa bilməyəcəyini bildirdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report"a açıqlamasında bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb.

"Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub. Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib" - deyə O.Mansurzadə bildirib.

Qeyd edək ki, Tural Mirzəliyev aktyor Rza Rzayevlə ilk dəfə münaqişə yaşayanadək Bakıdakı 220 saylı məktəb-leseyin direktoru olub. Həmin münaqişədən qısa müddət sonra oradan çıxarılaraq, 175 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Xəbər lenti
0