BAKI, 21 noyabr - Sputnik. Sosial şəbəkələrdə dünən aktyor Rza Rzayevin Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirməsi barədə məlumat yayılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov hadisəni təsdiq edərək döyülən direktorla bağlı açıqlama yayıb.
O bildirib ki, məktəb direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib:
“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.