Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Baş Prokurorluq həbs olunan sahibkarlarla bağlı məlumat yaydı

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir

BAKI, 7 noyabr — Sputnik. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Sputnik Azərbaycan-ın verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Cinayət məcəlləsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qanun tələb edir: Əliniz ürəyinizin üstündə, diliniz duada olsun!

Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilərək ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Başlanmış cinayət işi üzrə ETSN-nin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurublar.

İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunub.

Aparılmış istintaqla qeyd edilən sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, bununla da "Günəş" kooperativinin rəhbəri Yarıyev Xaləddin Böyükağa oğlunun 337 min manat, fiziki şəxslər Babaxanov Afərin Ağabala oğlunun 132 min manat, Almazov Oruc Mirəskər oğlunun 103 min manat, Qazaxov Laçın İsmayıl oğlunun 100 min manat, Əliyev Cəlal Bayandır oğlunun 74 min manat, Kazımov Elşən Hüseyn oğlunun 64 min manat və Qasımov Tapdıq Xanlar oğlunun 44 min manat miqdarında ətraf mühitə ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə "Günəş" kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır  - Sputnik Azərbaycan
VİDEO
Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Xəbər lenti
0