CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır

Abunə olmaq
Xaçmaz rayonu Arzu kənd sakini Nazim Məmmədovun hektarlarla alma bağları var. Bu il isə yüksək məhsuldarlıq ucbatından qiymətlər xeyli aşağı düşüb.

Sahibkar isə almaları ucuz qiymətə satmaqdansa, xeyriyyəçiliklə məşğul olmaq qərarına gəlib: “Elə insanlar var ki, meyvə üzünə həsrətdir. İstəsələr də, almağa imkanları yoxdur. İndi mənim alma bağımda nə qədər desən, alma var. Əgər kiminsə həqiqətən ehtiyacı olarsa, gəlib havayı apara bilər".

Nazim dayının bağına qonaq gələn Şabran rayonundakı körpələr evinin daimi sakinləri və onların müəllimləri həm təbiətlə tanış olublar, həm də qış tədarükü üçün alma yığıblar. Bir sözlə, çox xoş bir gün keçiriblər.

Bu zamanda Nazim Məmmədov kimi səxavətli insanlara hər vaxt rast gəlinməz. Amma ümid edək ki, onun atdığı bu addım imkanlı insanların ürəyinə mərhəmət toxumu səpəcək.

Xəbər lenti
0