Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran ABŞ-ın "buxovundan" qurtulmaq üçün radikal addım atmaq istəyir

© AFP 2024 / ATTA KENAREДоллары США и иранские риалы, фото из архива
Доллары США и иранские риалы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər hansı bir ölkənin, o cümlədən İranın SWIFT sistemindən çıxması ciddi fəsadlara səbəb ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. İran Mərkəzi Bankı (İMB) noyabrın 5-dən qüvvəyə etibarən ABŞ-ın tətbiq etdiyi sanksiyalardan qorunmaq üçün beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT-dən çıxmağa və digər maliyyə sisteminə keçməyə çalışır.

Иранские демонстранты сжигают флаг США в Тегеране, 11 мая 2018 года - Sputnik Azərbaycan
İrana böyük məşəqqət vəd edən "çarx" işə düşdü

İMB rəsmisi deyib ki, qurumun SWIFT-dən çıxmaq və alternativ sistemə daxil olmaq proqramı var: "Bu proqram istiqamətində səylərin uğurla nəticələnəcəyinə ümid edirik".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a şərhində deyib ki, SWIFT-in alternativi yoxdur və pul köçürmələrdə ən vacib rol oynayan sistemdir: "Bu, həm pul köçürmələrinin effektivliyinin sürətini artırır, həm də nəzarət mexanizminin formalaşdırılmasına çalışır. Hazırda SWIFT sisteminin alternativi üçün müəyyən addımlar atıla bilər. Burada kriptovalyutalardan və yaxud da qızıl ilə ödənişlərdən istifadə oluna bilər".

"Amma SWIFT sisteminin alternativi daha çətin və ağır bir yoldur. Hələlik dünyada bu sistemin alternativi kimi müəyyən əməliyyatların aparılmasında kriptovalyutalardan istifadə olunması nəzərdə tutulub. Çünki kriptovalyutadan istifadə SWIFT-dən tamamilə kənar bir sistemdir" — mütəxəssis bildirib.

Cəfərlinin sözlərinə görə, digər yol kimi, ticarətdə əsas qızıla üstünlük vermək olar: "Necə ki, İran bunu vaxtı ilə edib. 2016-cı ilədək zaman-zaman bank fəaliyyəti ilə bağlı İrana qadağalar qoyulub. Bu zaman İran xarici ticarətdə qızıldan istifadəyə üstünlük verib. İran ancaq bu yoldan istifadə edə bilər".

Onun fikrincə, İranın ayrıca alternativ pul köçürmələri sistemi yaratması effektiv olmayacaq: "İran öz daxilində bu sistemi yarada bilər. Necə ki, Rusiya belə bir sistemi öz daxilində yaradıb. Rusiyanın daxili pul köçürmələri artıq, tamamilə yeni bir sistem əsasında qurulub. Bu, İranda da qurula bilər, amma bu, daxili pul köçürmələrinə aid olacaq. Xarici pul köçürmələrində isə, SWIFT sistemindən istifadə olunmasa, pul ötürülə bilmir. Ona görə də bu sistemin alternativini tapmaq çox çətindir".

"SWIFT sistemindən çıxmaq dünya bank sistemindən qopmaq deməkdir. İstənilən ölkədən bu sistem vasitəsilə istənilən ölkəyə pul köçürmələr və yaxud pul qəbul etmələr mümkündür. Obrazlı desək, bunu qlobal internet şəbəkəsi kimi düşünün. İnternetə daxil olmasanız, hər hansı bir məktubu, saytı oxumaq, sosial şəbəkədən istifadə mümkün olmaz. SWIFT sistemi də qlobal bank sisteminin tərkib hissəsidir, yəni onun internetidir. Buraya daxil olmaq lazımdır ki, əməliyyat aparmaq mümkün olsun. Bu sistemdən kənar qalmaq ölkə üçün ciddi problemlər yaradacaq" — N.Cəfərli vurğulayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo - Sputnik Azərbaycan
Vaşinqton Avropa ölkələrini çətin seçim qarşısında buraxır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, bir ölkənin SWIFT sistemindən çıxması onun üçün ciddi maliyyə fəsadları ilə nəticələnə bilər: "Bu, ölkənin bütün rezidentləri üçün dünya iqtisadiyyatından təcrid olunmaq kimi problemlər yarada bilər. Hər hansı bir ölkənin, o cümlədən İranın bu sistemdən çıxması onun üçün ciddi fəsadlara səbəb ola bilər".

"SWIFT sisteminə alternativ olaraq, əsasən, regional ölkələrin koorperasiyası lazımdır. İrana yaxın dövlətlərin bu prosesdə iştirakının təmin olunması yaxşı olar. Bu, zəruri bir prosesdir. Çünki ABŞ-ın apardığı aqressiv xarici iqtisadi siyasət bu məsələni zəruriləşdirir" — deyə o bildirib.

Professorun fikrincə, ABŞ-ın Rusiyaya, Çinə, İrana, Türkiyəyə və digər ölkələrə qarşı aqressiv iqtisadi siyasəti bu ölkələrin ödəniş sistemlərində alternativ yolların axtarılmasını son dərəcədə zəruri edir: "ABŞ real sektor baxımından uduzmaqdadır və dünyada iqtisadi fəallıq mərkəzi Şərqə doğru sürətlə istiqamətləndirilib. ABŞ-ın əsas üstünlüyü məhz bank-maliyyə sektoru ilə bağlıdır".

"Çin, Hindistan, Rusiya və digər ölkələr buna adekvat cavab addımları atmalıdır və bunlardan biri də SWIFT-ə alternativin yaradılmasıdır. Bu, mümkündür. Amma belə sistemin yaradılması bir ölkənin işi deyil. Ona görə də burada çox ciddi kooperasiyaya və inteqrasiyaya ehtiyac var" – E.Məmmədov əlavə edib.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini nəzərdə tutan 6 maddəni açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, cari il may ayında İranla bağlanan sazişdən imtina edən ABŞ prezidenti Donald Tramp İrana qarşı iki mərhələli saksiyalara başlayacaqları bəyan etmişdi.

90 günü nəzərdə tutan ilkin mərhələnin başa çatmasından sonra, dünən 180 günlük sanksiyalara start verilib. 6 maddəni özündə ehtiva edən sanksiyalar İranın liman operatorları, gəmiçilik, gəmi inşaatı sektorlarını, neft sektorunu əhatə edir.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
ABŞ prezidenti İranı gözləyən aqibətdən danışdı

Neftlə bağlı sanksiyaları nəzərdə tutan ikinci maddə başqa ölkələrin beynəlxalq səviyyədə İrandan neft alınmasının məhdudlaşdırılması haqqındadır. Digər maddə isə, beynəlxalq maliyyə şirkətlərinin İranın Mərkəzi Bankı və müəyyən maliyyə şirkətləri ilə əməkdaşlığı barəsindədir. Sanksiyaların 5 və 6-cı maddələrində sığorta şirkətləri vasitəsi ilə İranın enerji sektorunda müəyyən məhdudiyyətlərin yaradılması nəzərdə tutulur.

Britaniya mediasının yaydığı məlumata görə, ötən gün yeni sanksiyaların tətbiqi ilə əlaqədar minlərlə iranlı "Amerikaya ölüm" şüarı ilə küçələrə çıxıb. Onlar ABŞ-la danışıqlardan birmənalı olaraq imtina edilməsini tələb ediblər.

Bundan başqa, sanksiyaların ikinci mərhələsinə start verilməsi ilə əlaqədar olaraq ötən gün İran hərbi qüvvələri güc nümayişi məqsədilə hərbi təlimlərə start verib. Ağ Ev rəhbəri Donald Tramp da sözügedən təlimlərə münasibət bildirib.

"İrana qarşı sanksiyalar çox güclüdür. Buna baxmayaraq İran bizə qarşı güc nümayiş etdirməkdə davam edir. Sadəcə olaraq onu deyə bilərəm ki, bu, heç də yaxşı addım deyil" — Tramp bildirib.

Rəsmi Vaşinqton tərəfindən sanksiyalarla bağlı yayılan bəyanatda, həmçinin Tehranın radikal fəallarının kiber-hücumlarının, ballistik raket testlərinin və Yaxın Şərqdə aparılan digər terrorçu addımların dayandırılması tələb olunub.

Xəbər lenti
0