ABŞ prezidenti İranı gözləyən aqibətdən danışdı

© REUTERS / Yuri GripasABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Birləşmiş Ştatlar daima İranla yeni sazişə açıqdır"

BAKI, 3 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranı iqtisadi fəlakət gözləyir. Bundan yayınmağın yeganə yolu isə Vaşinqtonla nüvə proqramına dair yeni hərtərəfli sazişin imzalanmasıdır. Sputnik Azərbaycan xəbər verir ki, Donald Trampın sözləri Ağ Evin rəsmi saytında dərc olunub.

"Bizim məqsədimiz rejimi aydın seçim etməyə məcbur etməkdir: Ya pis niyyətli hərəkətinizi dayandırırsınız, ya da iqtisadi fəlakətə aparan yolunuza davam edirsiniz", — deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar daima İranla yeni sazişə açıqdır.

Xəbər lenti
0